Azərbaycan Respublikası Ali Məhkəməsi
hakimlərinin təyin və azad edilməsi
haqqında
Azərbaycan Respublikası
Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 10-cu bəndinə,
131-ci maddəsinin II hissəsinə,
“Məhkəmələr və
hakimlər haqqında”
Azərbaycan Respublikası Qanununun
93-4-cü maddəsinə, 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci
maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
1. 2017-ci il iyunun 19-da səlahiyyət müddəti
bitən Şəlalə
Ağakərim qızı
Məmmədova Azərbaycan
Respublikası Ali Məhkəməsinin
hakimi təyin edilsin.
2. “Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun
93-4-cü maddəsinə uyğun
olaraq Tahir Lələkişi oğlu
Kazımov Azərbaycan
Respublikası Ali Məhkəməsinin
hakimi təyin edilsin.
3. 2017-ci il iyulun 16-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
Akif Əsgər oğlu İsgəndərov,
Əhməd Güləhməd oğlu Nurməmmədov.
4. 2017-ci il iyulun 28-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
Mehparə Tofiq qızı Əhmədova,
İmran Teymurxan oğlu Hacıqayibov,
Rahib Sahib oğlu Nəbizadə.
5. Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşanə Rafiq qızı Vəliyeva vəzifəsi dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlham Məmməd oğlu Cəfərov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.
7. Bu qərarın 1-ci və 2-ci bəndləri qərar imzalandığı gündən, 3-cü bəndi 2017-ci il iyulun 16-dan, 4-6-cı bəndləri 2017-ci il iyulun 28-dən qüvvəyə minir.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin
Sədri
Bakı şəhəri, 30 iyun
2017-ci il
Azərbaycan.- 2017.- 1 iyul.-
S.3.