Qusarda otuzdan çox ölkə təmsilçisinin qatıldığı II Beynəlxalq Tələbə Konfransı işinə başlayıb

 

Konfransda gömrük ixtisası üzrə təhsil alan tələbələr, elm adamları, gömrük mütəxəssisləri iştirak edirlər

 

İyulun 3-də Qusarda “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda II Beynəlxalq Tələbə Konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Shahdag Hotel & Spa” turizm mərkəzində BP şirkətinin dəstəyi ilə təşkil olunan konfransın açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin prezidenti Deyvid Uiddouson, Uruqvay Milli Gömrük Direktorluğunun rəhbəri Enrike Kanon və Gürcüstan Gömrük Departamentinin rəhbəri Vladimir Xundadze iştirak ediblər.

Konfransa Azərbaycan da daxil olmaqla 31 ölkədən - Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Kamboca, Çin, Gürcüstan, Almaniya, Macarıstan, İslandiya, İran, İtaliya, Qazaxıstan, Laos, Litva, Makedoniya, Moldova, Filippin, Polşa, Rusiya, Seneqal, İspaniya, Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Uruqvay, ABŞ, Özbəkistan və Vyetnamın universitetlərində gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də məşhur gömrük mütəxəssisləri qatılıb. Həmçinin konfransda 4 beynəlxalq təşkilatın (Dünya Gömrük Təşkilatı, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi, BP və “Easy Frontier”) nümayəndələri də təmsil olunur.

Açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkəmizdə artıq ikinci ildir keçirilən beynəlxalq tələbə konfransının əhəmiyyətindən danışaraq, iştirakçılara uğurlar arzulayıb. Komitə sədri bildirib ki, hər bir sahədə uğurlu fəaliyyət kadrların peşəkarlıq səviyyəsindən birbaşa asılıdır. Məhz buna görə Dövlət Gömrük Komitəsi gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi, modernləşdirmə və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə xüsusi diqqətlə yanaşır və bugünkü konfrans da sözügedən istiqamətdə nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək.

DGK sədri çıxışı zamanı Azərbaycan gömrük orqanının qurulması və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən də söz açıb. Bildirib ki, hələ 1996-cı ildə yaradılan Dövlət Gömrük Komitəsinin Tədris Mərkəzi ölkəmizdə bu sahədə ilk tədris müəssisəsi olmaqla, kadrların təlim və tərbiyəsində müstəsna rol oynayıb. Hazırda isə Tədris Mərkəzinin bazasında, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis edilən Dövlət Gömrük Komitəsinin Akademiyası fəaliyyət göstərir.

Aydın Əliyev I Beynəlxalq Tələbə Konfransının 2016-cı ilin iyun-iyul aylarında dünyanın 20 ölkəsində gömrük ixtisası üzrə təhsil alan tələbələr, bu sahədə ixtisaslaşan elm adamları, eləcə də gömrük mütəxəssislərinin iştirakı ilə Qəbələ şəhərində keçirildiyini xatırladaraq, bu il iştirakçıların təmsil olunduqları ölkələrin sayının 30-dan çox olduğunu diqqətə çatdırıb.

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin prezidenti Deyvid Uiddouson, Uruqvay Milli Gömrük Direktorluğunun rəhbəri Enrike KanonGürcüstan Gömrük Departamentinin rəhbəri Vladimir Xundadze çıxışlarında Qusarda keçirilən tələbə konfransının əhəmiyyətini yüksək qiymətləndiriblər. Bu konfransın müxtəlif ali məktəblərin müəllim və tələbələrinin, elm adamlarının, gömrük mütəxəssislərinin birgə təcrübə mübadiləsi, qarşılıqlı əlaqələrin qurulması baxımından böyük rol oynadığı qeyd olunub.

Konfransın ilk günü beynəlxalq tədbirin fəxri qonağı - Arizona Dövlət Universitetinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Edvard K.Preskottun “ABŞ iqtisadiyyatının mövcud vəziyyəti” mövzusunda çıxışı dinlənilib.

İyulun 4-də isə digər fəxri qonaq - London İqtisadiyyatSiyasi Elmlər Məktəbinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Kristofer PissaridesRobotlarsüni intellekt dövründə fəaliyyət” mövzusunda məruzə ilə çıxış edəcək.

“Ticarətin asanlaşdırılmasında gömrük idarəçiliyinin rolu”, “Gömrük sahəsində qabaqcıl təcrübələr”, “Gömrük-Biznes tərəfdaşlığı”, “Gömrük qanunvericiliyinin modernləşdirilməsində beynəlxalq təcrübə”, “Rəqəmsal gömrük/elektron gömrük, elektron ticarət və gömrük məlumatlarının təhlili” və “Biliyə əsaslanan gömrük təhsili (bacarıqlar, səriştələr və s.)” adı altında 6 sessiya üzrə keçirilən konfransın sessiyalarında, ümumilikdə, 60-dək məruzə dinləniləcək. Məruzələr gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar, sərhəd və ticarət təhlükəsizliyində gömrüyün rolu, gömrük əməliyyatları və risklərin idarə edilməsi, gömrük infrastrukturunun inkişafı, gömrük-biznes nailiyyətləri, gömrük qanunvericiliyinə riayət olunmasının idarə edilməsi, elektron kommersiyanın gömrük tənzimlənməsi, gömrük işi sahəsində kadrların hazırlanması üzrə innovativ yanaşmalars. mövzuları əhatə edəcək.

Qusarda keçirilən “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda II Beynəlxalq Tələbə Konfransı iyulun 5-dək davam edəcək.

 

Azərbaycan.- 2017.-4 iyul.- S.4.