İranda Azərbaycan mədəniyyəti günləri başlayıb

 

İyulun 3-də İranda Azərbaycan mədəniyyəti günləri başlayıb. Bununla əlaqədar İranda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İranın mədəniyyət və islam irşadı naziri Salehi Əmiri ilə birgə mətbuat konfransı keçiriblər.

Mətbuat nümayəndələrinin suallarını cavablandıran Ə.Qarayev qeyd edib ki, mədəniyyət günlərinin qarşılıqlı şəkildə keçirilməsi xalqların biri-birini daha yaxından tanımasına imkan yaradır.

Ə.Qarayev bildirib ki, hər iki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək xalqların mənafeyi naminə bütün sahələr üzrə, o cümlədən mədəniyyət və turizm sahəsi üzrə əlaqələrin genişləndirilməsini istəyirlər. Hər iki ölkənin müvafiq qurumları prezidentlərin tapşırıqlarını layiqincə yerinə yetirəcəklər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 4 iyul.- S.4.