İranda Azərbaycan mədəniyyət həftəsinin rəsmi açılış mərasimi olub

 

İyulun 4-də İranda Azərbaycan mədəniyyət həftəsinin rəsmi açılış mərasimi olub.

Tehrandakı Vəhdət sarayında keçirilən tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın mədəniyyət və islam irşadı naziri Salehi Əmiri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkəman çıxış ediblər.

Mərasim Azərbaycandan gəlmiş yaradıcılıq kollektivlərinin konsert proqramı ilə davam edib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 5 iyul.- S.2.