Heydər Əliyev Fondu beynəlxalq miqyaslı tədbirlərin təşkilatçısıdır

 

Artıq 13 ildir ki, ulu öndərin adını daşıyan - Heydər Əliyev Fondu Azərbaycanın zəngin dövlətçilik irsinin, mədəniyyətinin, incəsənətinin, xalq sənətkarlığının və s. öyrənilməsi və təbliği məqsədilə beynəlxalq miqyaslı tədbirlərin, konfrans və simpoziumların təşkilatçısına çevrilmişdir. Fond ölkənin inkişafına xidmət edən genişmiqyaslı proqram və layihələr çərçivəsində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır, habelə milli mədəniyyətimizin yad təsirlərdən qorunmasını gündəmdə saxlayır, xüsusi qayğıya ehtiyacı olan insanlara yaxından kömək göstərmək kimi məqsədləri uğurla həyata keçirir.

Bəşəri ideyalara xidmət edən fondun fəaliyyətində xarici ölkələrlə əməkdaşlıq xüsusi yer tutur. Fondun prezidenti Mehriban xanım Əliyeva xarici ölkələrə səfəri zamanı keçirdiyi tədbirlərdə soydaşlarımızla görüşür, onların problemləri ilə maraqlanır, ortaya çıxan çətinliklərin aradan qaldırılmasına yardımçı olur. Görüşlərdə diaspor işinin başlıca vəzifələri müzakirə edilir, fikir mübadiləsi aparılır. Mehriban xanım Əliyevanın Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər ölkələrə səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olur. Fondun apardığı məqsədyönlü işlər sayəsində Avropada, Şimali Amerikada, MDB məkanında, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Kanada, Türkiyə və ABŞ-da 40-a yaxın yeni Azərbaycan cəmiyyəti yaradılmışdır.

Heydər Əliyev Fondunun beynəlxalq tədbirləri çərçivəsində hər il Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi diaspor nümayəndələri tərəfindən yad edilir. Fond tərəfindən Dağlıq Qarabağ probleminin əsl mahiyyətini, Qarabağın tarixini özündə əks etdirən kitab və nəfis albomlar çap olunur. “Qarabağ xanəndələri” adlı albom, “Qarabağ həqiqətləri” kitabı fondun fəaliyyəti sayəsində işıq üzü görmüşdür.

Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda UNESCO-nun mədəniyyətlərarası dialoqa həsr edilmiş beynəlxalq forum və konfransları keçirilmişdir. 2008-ci il iyunun 10-11-də Bakıda “Gülüstan” sarayında keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” və ondan iki il sonraQloballaşma şəraitində mədəniyyətlərin dialoqu” (29-30 iyun 2010), bundan bir il sonra isə dünyada rəğbətlə qarşılanan “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamamövzusunda mədəniyyətlərarası dialoq üzrə II Beynəlxalq Forumu (8-9 aprel 2011) dünyanın müxtəlif ölkələrinin alimləri, politoloq və təcrübəli dövlət xadimləri tərəfindən məmnunluqla bəyənilmişdir.

Ümumiyyətlə, BMT-nin ixtisaslaşmış təşkilatı olan və dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası qurumu kimi UNESCO ilə əlaqələrin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti əvəzedilməzdir. Fondun beynəlxalq miqyaslı tədbirlər sırasında “Təhsilə dəstək” layihəsi də müstəsna əhəmiyyətə malikdir. Bu layihə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərlə yanaşı, xarici ölkələrdə - Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, PakistanHollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur.

Fondun həyata keçirdiyi beynəlxalq miqyaslı tədbirlər sırasında “Talassemiyasız həyat naminə” layihəsi xüsusilə vurğulanmalıdır. Bakının görməli yerində Talassemiya Mərkəzi yaradılmışdır. Layihə çərçivəsində fondun təşəbbüsü ilə burada müxtəlif ölkələrin səhiyyə təşkilatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların, yerlixarici şirkətlərin nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə “Talassemiyasız həyat naminə” mövzusunda, habelə UNICEF-in birgə təşkilatçılığı ilə anemiyatalassemiya üzrə “dəyirmi masalar keçirilmişdir.

Heydər Əliyev Fondu Dünya Səhiyyə Təşkilatının xətti ilə keçirilən beynəlxalq tədbirlərdə də yaxından iştirak edir. Hələ 10 il bundan öncə fondlaOr-Avner” Beynəlxalq Fondu arasında xüsusi saziş imzalanmışdır. Sazişə əsasən psixososial yardım vasitəsilə uşaqların müdafiəsi, onlara lazımi qayğının göstərilməsi, təhsil almalarının təmin edilməsi, habelə sağlamlığı və keyfiyyətli qidalanması sahəsində birgə fəaliyyət uğurla davam etdirilir. Əhalinin sağlamlığının qorunması və Azərbaycan səhiyyəsinin inkişafı sahəsində beynəlxalq əməkdaşlığa və inteqrasiyaya xüsusi önəm verən Heydər Əliyev Fondu həm də xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri ilə qarşılıqlı fəaliyyətinin genişləndirilməsi işinə xüsusi diqqət ayırır. 2010-cu ilin iyul ayının 12-də “Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dairAnlaşma Memorandumu buna bariz nümunədir.

Bu ilin mart ayında Heydər Əliyev Fondunun dəstəyi ilə BosniyaHerseqovinada Kotor Varoş şəhərində Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının təməli qoyulub. Razılığa əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə iki mərtəbədən ibarət yeni binanın inşası və Təcili Tibbi Yardım Mərkəzinin lazımi avadanlıqla təmin olunması nəzərdə tutulub. Təməlqoyma mərasimində Kotor Varoş şəhərinin meri Zdenko Sakan və Səhiyyə Mərkəzinin direktoru Vladimir Bibiç çıxış edərək Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə, o cümlədən BosniyaHerseqovinada həyata keçirdiyi mühüm sosial-humanitar layihələri xalqlarımız arasında həmrəyliyin təzahürü kimi qiymətləndirib. Dini tolerantlığın hökm sürdüyü Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən gerçəkləşdirilən layihələr çərçivəsində çoxlu sayda dini məbədlər təmir və bərpa edilib, eləcə də tarixi-memarlıq abidələrinin bərpası reallaşdırılıb, multikulturalizmi və tolerantlığı təbliğ edən elmi konfranslarforumlar keçirilib.

Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyev Fondu beynəlxalq tədbirlərin iştirakçısı kimi Azərbaycanın tarixinin, mədəniyyətinin, incəsənətinin, milli-mənəvi dəyərlərinin dünyaya tanıdılmasında və qorunmasında əvəzsiz xidmətlər göstərir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2017.-5 iyul.- S.4.