Uşaq qatilləri

 

Azərbaycanlı mülki əhaliyə qarşı törədilən bu vəhşiliklə işğalçı ölkə nizamlama prosesini pozmağa çalışır

 

Azərbaycan torpaqlarını işğal edən ermənilərin ötən 29 ildə öz çirkin niyyətlərini həyata keçirmək üçün hansı riyakarlıqlara, insanlığa yaraşmayan cinayətlərə imza atdıqlarını bütün dünya bilir. Tarixin acı dərslərindən məlumdur ki, erməni qaniçənləri mübtəla olduqları təcavüzkar niyyətləri naminə ətraf xalqlara qarşı soyqırımı cinayətləri törətməkdən və hətta yer üzünün ən sevimli varlıqları olan uşaqların qatili olmaqdan belə çəkinməyiblər. Xalqımıza qarşı ilk soyqırımı cinayətini həyata keçirdikləri gündən bu yana on minlərlə azərbaycanlının qanına bais olan ermənilər hətta ana bətnindəki körpəyə də aman verməyiblər.

 

Terrorçu hakimiyyətin dəyişməz xisləti

 

Uşaqlar dünyanın ən böyük səadətidir. Onlarsız həyatın sevinci, insanlığın gələcəyi yoxdur! Dünyanın hər zaman ən məsum, günahsız varlıqları da məhz uşaqlar olub. Hər bir ailənin xoşbəxtlik timsalı, dünyanın sülh rəmzi yenə onlardır. Amma bu xoşbəxtliyə göz qırpmadan qıyanlar, dünyanın sülh rəmzinə qanlı əllərini tərəddüd etmədən uzadanlar da var! İnsan adını daşımağa layiq olmayan bu cür bədxahlar balaca mələkləri - uşaqları həyat eşqini, sevincini, kədərini duymadan işıqlı dünyaya həsrət qoymaqla, bu məsumları qətlə yetirməklə təkcə insanlığa yox, Tanrıya qarşı da çıxmış olurlar! Necə ki, yalnız bioloji baxımdan insan adı daşımağa layiq olan ermənilər bunu edirlər.

1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilib ki, onların da 23-ü uşaqdır. Ancaq şahidlər öldürülən uşaqların sayının daha çox olduğunu deyirlər. Həmin ilin dekabrın 5-də ermənilər Spitakda 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq ediblər. Bu vandallar borunu hündür uçurumdan dərəyə ataraq fidanları qətlə yetiriblər. Həmin ilin noyabrında 70-ə yaxın 5-12 yaşlarındakı uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Qətliamın üstünü 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər açıblar. Bundan başqa, 1989-cu ildə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimov ermənilər tərəfindən güllələnib. Kəlbəcərdə isə 8 uşaq qətlə yetirilib.

Xocalı soyqırımı ilə bizi cəmi 25 illik zaman kəsiyi ayırır. 25 il bundan əvvəl bir gecənin içində erməni silahlı quldurları dinc əhaliyə məhz azərbaycanlı olduqlarına görə divan tutdular. Ən ağrılısı odur ki, qətliam edilən 613 nəfərin 63-ü uşaqlar, körpələr, fidanlar idi. Qaradağlıda isə soyqırımına məruz qalanların 8-i uşaq idi. Ermənilər Xocalıda və Qaradağlıda bütün dünyanın gözü qarşısında uşaq qatili olduqlarını nümayiş etdirdilər.

Xocalıda uşaqları qətlə yetirənlər və bununla həyasızcasına fəxr edənlər hazırda Ermənistan rəhbərliyində təmsil olunurlar. Elə buna görədir ki, uşaq qatillərinin rəhbərlik etdiyi bu terrorçu dövlətin silahlı birləşmələri uşaqlara atəş açmaqdan utanmırlar. Hələ 6 il əvvəl Ağdam rayonunun Orta Qərvənd kənd sakini 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlunu həyətlərində oynayarkən snayper tüfəngi ilə qətlə yetirilməsi acı xatirə kimi yaddaşımızda həkk olunub.

Ümumiyyətlə, erməni silahlıları atəşkəs elan olunduqdan sonra cəbhəyanı ərazilərdə yaşayan mülki əhaliyə qarşı həmişə silah işlədiblər. Üstəlik, yaşayış evlərini, təsərrüfatları mal-qaranı da atəşə tutublar. Amma uşağın qətlə yetirilməsi son dövrlərdə demək olar ki, müşahidə olunmamışdı. 9 yaşlı Farizi qətlə yetirməklə ermənilər hansı xislətin daşıyıcısı və uşaq qatili olduqlarını bir daha yaddaşlarda təzələdilər.

Fariz erməni snayperinin açdığı atəşlə qətlə yetirildi. Güllə uşağın baş nahiyəsindən dəymişdi. Görəsən, erməni snayperi nişan aldığının uşaq olduğunu görmədimi, hədəfdə uşağın olduğunu görəndə öz uşağı gözünün qabağına gəlmədimi? Əlbəttə, snayperçi hədəfdəkinin uşaq olduğunu yaxşı görüb. Amma insanlıq simasını, heysiyyatını itirənlərdən başqa nə gözləmək olar ki?! Güllənin Farizin baş nahiyəsindən dəyməsi göstərdi ki, məqsəd uşağı qorxutmaqya yaralamaq deyil, məhz qətlə yetirmək olub! Çünki Fariz azərbaycanlı idi!

 

Erməni vəhşiliyi sərhəd tanımır

 

Dünyanın ən qəddar yırtıcıları belə, uşaqlarla xislətlərinə uyğun olmayaraq mülayim davranır. Keçilməz cəngəlliklərdə ən qəddar yırtıcının belə rastlaşdığı uşağı parçalamaq əvəzinə, ölümdən xilas etməsi, südü ilə böyütməsi faktları da var. Amma ən vəhşi heyvanlarda olan bu hisslərə damarında erməni faşistlərinin qanı axan kəsdə rast gəlmək mümkün deyil! Onlar daha çox azərbaycanlı uşaqları qətlə yetirməyə, bunun üçün ən ağlagəlməz hiylələrdən istifadə etməyə can atırlar. Təəssüf ki, müəyyən hallarda istəklərinə də çatırlar! Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində olduğu kimi.

Ən çirkin, mənfur adları daşımağa layiq olan erməni cəlladlarının amansızlığı, iblisliyi, alçaqlığı burada 2011-ci ildə daha bir uşağın həyatına son qoyub. Farizin qətlə yetirilməsindən 4 ay sonra, 2011-ci il iyulun 14-də ermənilərin əl işi olan partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olmuş, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanmışdı.

Partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılmışdı. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman A. Şahmalıyeva oyuncağı masanın üstünə vurmuş və nəticədə partlayış baş vermişdi.

Balaca Aygünü hədəf etməklə erməni rəzillər məsum bir uşağın həyat işığını söndürdülər. Uşaq qatili olmaqları ilə heç şübhəsiz ki, əvvəlki kimi öyündülər, halay vurdular! Görəsən, bu xislət daşıyıcılarına hansı ad vermək mümkündür? Çünki onlar dünyanın ən aşağılayıcı sözlərinə belə layiq deyillər.

Uşaqların bu formada qətlə yetirilməsi isə ermənilərin körpələri bilərəkdən hədəfə almasının ən bariz sübutudur. Çünki bu bədxahlar da bilirlər ki, oyuncağa böyük yox, məhz uşaq maraq göstərəcək. Məhz uşaq düşünmədən, içində ölüm gizlənən hansısa oyuncaqda olan təhlükəyə varmadan onu götürəcək! Budur alçaq erməni xisləti! Budur erməni mənfurluğu! Budur erməni mənəviyyatsızlığı! Budur erməninin üzü, əsl mahiyyəti!

Ermənilərin bu yolla uşaqları qətlə yetirmələri ilk hadisə deyil. Xatırlatmaq yerinə düşərdi ki, 1994-cü ildə həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

Ermənilərin uşaqları hədəf alması barədə kifayət qədər faktlar var. Məsələn, 2014-cü ilin avqustunda düşmənin uşaqları atəşə tutması nəticəsində Tovuz sakini, 2000-ci il təvəllüdlü İsmayılov Sərxan Əlağa oğlunun əlinə güllə dəymiş, sinəsindən qəlpə yaraları almışdı. Ermənistan silahlı bölmələrinin Ağstafa rayonunu atəşə tutması nəticəsində Köhnəqışlaq kənd sakini, 9 yaşlı Abbasov Qoşqar Teymur oğlu yaralanmışdı. Bundan bir qədər əvvəl isə Gədəbəydə 14 yaşlı qız erməni gülləsinə tuş gəlmişdi. 2015-ci ilin sentyabrında Tərtər rayonunun Qapanlı kəndi ərazisində keçirilən toy mərasiminin atəşə tutulması nəticəsində aralarında azyaşlı uşağın da olduğu üç nəfər şəxsin yaralanması Ermənistan tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktı idi. 2016-cı ilin aprelində ermənilərin Azərbaycan kəndlərini atəşə tutması nəticəsində yaralanan mülki şəxslərin də ikisi uşaq idi.

 

Bütün təxribatların qarşısı qətiyyətlə alınacaq

 

Bütün bu faktlar göstərir ki, cəbhə xətti boyunca erməni silahlı qüvvələri tərəfindən aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır. Bunu iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin əhalisinin və mülki obyektlərinin minaatanlardanqumbaraatanlardan atəşə tutulması bir daha təsdiq etdi.

Bu hadisə nəticəsində 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranı qətlə yetirən ermənilər insanlıq sifətindən çıxdıqlarını bir daha ortaya qoydular. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz yaralanıb və mülki obyektlərə zərər yetirilib. Ermənistan silahlı bölmələrinin bu təxribatı nəticəsində yaşlı qadının və onun körpə nəvəsinin öldürülməsi, vandalizm aktı olaraq Ermənistan rejiminin terrorçu və qaniçən mahiyyətini, şəxsən prezident S.Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirdi.

Əvvəllər olduğu kimi, bu hadisənin də təsadüfi baş verdiyini düşünmək sadəlövhlük olardı. Burada Ermənistan hakimiyyətinin və hərbi rəhbərliyinin rolu danılmazdır. Hər şey bilavasitə onların tapşırığı ilə yerinə yetirilir. Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququninsan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavənin, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Diqqəti çəkən odur ki, hər dəfə ermənilər danışıqlar prosesi ilə bağlı hansısa məqamlarda bu cür təxribatlar törədirlər. 2 yaşlı Zəhranın və onun nənəsinin öldürülməsi də ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən, həmsədrlər və beynəlxalq təşkilatların substantivciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etməsindən sonra baş verən alçaq və şərəfsiz təxribatdır.

Bu cür təxribatların qarşısı isə qətiyyətlə alınacaq. Hadisə ilə bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.6 (silahlı münaqişə zamanı hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.7 (silahlı münaqişə zamanı müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8 (silahlı münaqişə zamanı hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (ikiya daha çox şəxsi qəsdən öldürmə), 120.2.7 (ikiya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.

Sülh danışıqlarında Ermənistan dalana dirənib. Dünya ictimaiyyəti, sülh danışıqlarında vasitəçi kimi çıxış edən tərəflər qədər ikili standartlardan çıxış etsələr , beynəlxalq hüququn normaları Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edir. Bunu gözəl bilən ermənilər ən müxtəlif, hətta utanc doğuran bəhanələrlə zaman-zaman danışıqlar prosesinin beynəlxalq hüquq normalarının tələb etdiyi məcrada davam etdirilməsindən yayınmağa, sülh danışıqlarını uzatmağa cəhd göstərirlər. Lakin Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan heç vaxt ərazilərinin işğalı faktı ilə barışmayacaqdır!

Ermənistanın mülki əhalini, xüsusilə körpələri qəddarcasına qətlə yetirməsi rəsmi Yerevanın cinayətkar hakimiyyətinin ümumi ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bütün qabarıqlığı ilə bir daha aşkara çıxarır. Amma sülh danışıqlarında vasitəçilik edən, işğalçı dövləti bu danışıqlara dartan dövlətlər Ermənistanın cığal qeyri-konstruktiv əməllərini görmək istəmirlər. Elə buna görədir ki, həmin dövlətlər ermənilərin cəbhə xəttindəki təxribatçı əməllərinə, uşaqları qətlə yetirmələrinə biganəlik nümayiş etdirir, bunu görməzliyə vururlar. Görəsən, onlar vaxta qədər uşaq qatilini himayə edəcək, o ermənilərin təəssübünü çəkəcəklər?! Elə bu təəssübkeşliyin nəticəsidir ki, monoetnik dövlətə çevrilən Ermənistan regional təhlükə mənbəyidir.

Erməni silahlı birləşmələrinin növbəti dəfə Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi bir daha sübut etdi ki, Ermənistan dövləti regionda sülh əmin-amanlığın, asayişin bərqərar olmasını istəmir özünün təcavüzkar davranışları, beynəlxalq hüququn norma prinsiplərinə zidd dövlət siyasəti ilə Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdid rolunu oynayır. Sarkisyan rejiminin reallaşdırdığı son qanlı aksiyalar bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, sadəcə olaraq Azərbaycanın sülhpərvər siyasəti münaqişənin alovlanmasının qarşısını alır. Azərbaycan tərəfi münaqişənin həlli üçün digər vasitələrə əl atacağı təqdirdə bütün məsuliyyət Ermənistan dövlətinin üzərinə düşür.

Azərbaycan ərazilərinin uzun müddət işğal altında qalması ilə barışmayacaq! Azərbaycan Ordusu ildən-ilə qüdrətlənir, modernləşir, maddi-texniki bazasını gücləndirir, müasir döyüş silahlarına yiyələnir. Əgər sülh danışıqları baş tutmazsa, Azərbaycan Ordusu öz sözünü deyəcək o zaman biz Farizin, Zəhranın erməni faşizminin qurbanı olan bütün uşaqların qisasını da alacağıq.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2017.-6 iyul.- S.1; 3.