II Beynəlxalq Tələbə Konfransında Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi Katibliyinin rəhbəri Ermənistanın Azərbaycana qarşı təxribatından danışıb

 

Qusarda iyulun 3-də başlayanGömrük idarəçiliyində aktual məsələlər çağırışlarmövzusunda II Beynəlxalq Tələbə Konfransı bu gün başa çatıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransın sonuncu günündə üç sessiya keçirilib.

Əvvəlcə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı Dövlət Qulluğu Akademiyasının Şimal-Qərb İdarəçilik İnstitutunun professoru Sergey Çijikovun moderatorluğu ilə keçirilən sessiyaGömrük qanunvericiliyinin modernləşdirilməsində beynəlxalq təcrübə”yə həsr edilib.

Sessiyada Polşa, Rusiya, Ukrayna, Avstriya Belarus təhsil müəssisələrinin təmsilçiləriMalların beynəlxalq ticarəti ilə əlaqədar şirkətlərdə gömrük qanunvericiliyinə riayət olunmasının idarə edilməsi”, “Gömrük sərhədindən malların qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısının alınmasında qabaqcıl üsul kimi gömrük nəzarətinin təşkili”, “Avropaya inteqrasiya prosesi kontekstində Ukrayna gömrük sistemində islahatlar”, “Kontrafakt malların ticarəti ilə bağlı gömrük nəzarəti iqtisadi hüquqi nəticələr”, “Avrasiya İqtisadi Birliyi sistemində gömrük hüququnun genezisi”, “Beynəlxalq xidmət biznesi üzrə real vəziyyətə ətraı baxış”, “Avropa İttifaqına poçt göndərişlərinin gömrük qiymətləndirməsi üzrə mövcud problemlərZamanın tələblərinə müvaq olaraq Belarus Respublikası gömrük xidmətinin təkmilləşdirilməsiadlı məruzələr söyləyib, dinləyicilərə faydalı biliklər çatdırıblar.

Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi İnkişaf Proqramları Baş İdarəsinin rəisi, professor İqbal Babayevin moderatorluğu iləRəqəmsal gömrük/elektron gömrük, elektron ticarət gömrük məlumatlarının təhliliadlı beşinci sessiya keçirilib.

Sessiyada ABŞ, Türkiyə, Makedoniya, İran, Azərbaycan, Ukrayna Rusiya təhsil ocaqları gömrük xidmətlərinin nümayəndələrininHər şey üçün şəbəkə: gömrük idarəçiliyində gələcək çağırışlar”, “Tranzit sistemlərinin rəqəmsallaşdırılmasında Türkiyənin təcrübələri tətbiq etdiyi layihələr”, “Makedoniya Respublikasında elektron ticarət”, “Gömrük işi sahəsində proseslərin asanlaşdırılmasında elektron gömrüyün rolu”, “Azərbaycanda kağızsız ticarət: son nailiyyətlər”, “Elektron kommersiyanın gömrük tənzimlənməsi: beynəlxalq təcrübə onun Ukraynada tətbiqinin perspektivləri”, “Avrasiya İqtisadi Birliyinin fəaliyyəti çərçivəsində ilkin məlumat mübadiləsi sistemlərinin tətbiqi təcrübəsi”, “Makedoniya Respublikasında elektron gömrük”, “Gömrük tranzit proseduru ilə bağlı informasiya texnologiyalarıElektron kommersiya əqli mülkiyyət hüququnun pozulmasımövzusunda çıxışları dinlənilib.

Sonuncu sessiya isə Belarus Respublikasının Gömrük Orqanları Kadrlarının İxtisasının Artırılması Yenidən Hazırlanması üzrə Dövlət İnstitutunun rəhbəri, doktor Valentina Ananyevanın moderatorluğu iləBiliyə əsaslanan gömrük təhsili (bacarıqlar, səriştələr sair)” mövzusuna həsr olunub.

Bu sessiyada isə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU), eləcə Belarus Macarıstan təhsil müəssisələrinin əməkdaşlarınınBeynəlxalq gömrük təhsili, tədqiqatlar potensialın gücləndirilməsi sahələrində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin rolu”, “Gömrük işi sahəsində kadrların hazırlanması üzrə innovativ yanaşmalar”, “Boloniya sazişi onun Macarıstanın gömrük əməkdaşlarının təhsilində tətbiq edilməsiGömrük əməkdaşlarının peşəkar hazırlığının psixoloji təminatıadlı məruzələri dinlənilib.

 

Bununla da konfrans öz işini başa vurub.

 

Konfransın yekununda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (INCU) Katibliyinin rəhbəri, doktor Mixail Kaşubski öncə iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatı barədə məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırıb: “Dünən Ermənistan hərbi qüvvələrinin bombardmanı nəticəsində iki azərbaycanlı mülki şəxs həyatını itirib ki, onlardan biri 2 yaşlı qız uşağıdır. Mən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin rəhbərliyi adından Azərbaycan xalqına başsağlığı verirəm. Həqiqətən bu, acı xoşagəlməz bir xəbərdir”.

Daha sonraGömrük idarəçiliyində aktual məsələlər çağırışlarmövzusunda II Beynəlxalq Tələbə Konfransının təşkilinə yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə minnətdarlıqlarını ifadə edən INCU Katibliyinin rəhbəri Mixail Kaşubski xüsusilə gömrük sahəsində təhsil alan gənc nəslin fikirlərinin, onların bu sahəyə baxışlarının yanaşmalarının öyrənilməsinin gömrük işinin gələcəkdə daha səmərəli şəkildə qurulmasına böyük kömək göstərəcəyinə əminliyini ifadə edib.

Eyni zamanda, konfransda iki Nobel mükafatı laureatının gömrük beynəlxalq ticarət kontekstindən iqtisadiyyatla bağlı fikirlərinin əhəmiyyətinə toxunan INCU Katibliyinin rəhbəri bunun vacib olduğunu vurğulayıb. Konfransın aktuallığının da artdığını söyləyən Mixail Kaşubski burada elmi fikirlərin qabaqcıl təcrübənin paylaşılmasının hər bir tədbir iştirakçısının, xüsusilə gənc nəslin gələcək fəaliyyətinə mühüm fayda verəcəyini deyib.

Öz növbəsində, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki, professor Aydın Əliyev tədbirin məhsuldar keçdiyini qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında konfransın önəmli rol oynayacağına ümidvar olduğunu bildirib.

Konfransda iştirak edən ölkələrin beynəlxalq təşkilatların nümayəndələrinə təşəkkürünü çatdıran komitə sədri iclasda müzakirə olunan mövzuların, xüsusilə Nobel mükafatçılarının fikirlərinin hər kəs üçün önəmini vurğulayıb.

Bu tədbirin ideya irəli sürmək ideyaları bölüşmək üçün geniş imkanlar yaratdığını diqqətə çatdıran Aydın Əliyev II Beynəlxalq Tələbə Konfransını gələcəkdə gömrük əməkdaşlığının daha da gücləndirilməsində potensialın artırılmasında irəliyə doğru atılan növbəti mühüm addımlardan biri kimi qiymətləndirib.

 

Azərbaycan.- 2017.-6 iyul.- S.4.