Bir sıra apelyasiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Tapdıq Şükür oğlu Mahmudov Gəncə Apelyasiya Məhkəməsinin sədri təyin edilsin.

2. Səadət İnayət qızı Bəktaşi Sumqayıt Apelyasiya Məhkəməsinin sədri təyin edilsin.

3. Rəşadət Əhməd oğlu Ağayev Şirvan Apelyasiya Məhkəməsinin sədri təyin edilsin.

4. Mübariz Dosməmməd oğlu Əkbərov Şəki Apelyasiya Məhkəməsinin sədri təyin edilsin.

5. Bu sərəncamın 1-3-cü hissələri 2017-ci il iyulun 16-dan, 4-cü hissəsi 2017-ci il iyulun 28-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2017-ci il

 

Azərbaycan.- 2017.-12 iyul.- S.3.