“Səyyar kitabxana” layihəsinin növbəti mərhələsinin icrasına start verilib

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirildiyi “Səyyar kitabxana” layihəsinin növbəti mərhələsinə iyulun 11-də start verilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Layihənin həyata keçirilməsində məqsəd gənclərin mütaliəyə marağının artırılması, onların təmənnasız olaraq kitabelektron nəşrlərlə təmin olunmasıdır.

Nazir A.Rəhimov jurnalistlərə müsahibəsində bildirib: “Gənclər və İdman Nazirliyinin səyyar kitabxanası yenidən bölgələrə yola düşür. Bu, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə həyata keçirilən layihədir. İlk ildən layihənin uğurlu olduğunu gördük. Səyyar kitabxana getdiyi bütün rayon mərkəzlərində çox böyük maraqla qarşılanıb. Bizdə olan təhlillərə əsasən, artıq səyyar kitabxana ilə bağlı 15 minə qədər müraciət var. Müraciətlər ingilis, rus və Azərbaycan dillərində olan kitablarla bağlıdır”.

Hazırda səyyar kitabxananın fondunda beş minə yaxın kitabın olduğunu deyən A.Rəhimov qeyd edib: “Kitabxanada 10 minə yaxın kitabın elektron versiyası var. Oxucular elektron versiyaları yaddaş kartı vasitəsilə köçürüb götürə bilərlər. Kitabxanada, həmçinin dərsliklər də var. Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər onları səyyar kitabxanadan əldə edə bilərlər”.

A.Rəhimov hazırda səyyar kitabxana ilə bağlı yeni layihənin hazırlandığını vurğulayıb. Bildirib ki, yeni layihəyə əsasən, oxucu səyyar kitabxanaya gəlmədən də həmin kitabları xüsusi rabitə vasitəsilə də öz evində oxuya bilər: “Bu il Balakən rayonunun Azərbaycanın gənclər paytaxtı elan olunduğuna görə, ilk olaraq səyyar kitabxana həmin rayona göndərilib. Son 5-6 ildə səyyar kitabxana bir çox regionlarda olub. Səyyar kitabxana hər rayonda 15-16 gün fəaliyyət göstərir. Bəzi hallarda rayonun böyük kəndlərində də olur”.

2013-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılışı olan layihə ötən müddətdə Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şırvan, Quba, Astara, Bərdə, Qazax, Tovuz, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay, Cəlilabad, Biləsuvar, Qusar, Xaçmaz, Gədəbəy, Şəmkir, Qəbələ, İsmayıllı, Naftalan rayon və şəhərlərində uğurla reallaşdırılıb və minlərlə oxucunu əhatə edib.

Layihə çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada beş min kitabon min elektron nəşr var. Oxucuların işini asanlaşdırmaq məqsədilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (Azərbaycan, rus, ingilistürk) dildə nəşrlər mövcuddur. Kitabxana iki noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.

Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elmtexnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablarelektron vəsaitlər nümayiş etdirilir.

Səyyar kitabxana ilin sonunadək Azərbaycan gənclər paytaxtı Balakən rayonunda zənginləşdirilmiş kitab fondu, həmçinin yenilənmiş elektron kitab bazası ilə birgə fəaliyyət göstərəcək.

 

 Azərbaycan.- 2017.-12 iyul.- S.5.