Ə.A.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında inşaat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Abdulla oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyul 2017-ci il

 

Azərbaycan.- 2017.-14 iyul.- S.1.