Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

“Tərəqqi” medalı ilə

 

Hümbətov  Surəddin Məmmədhüseyn oğlu

Qasımov Kyavus  Safa oğlu

Məmmədov İlham Hacı oğlu

Vəliyev Cavanşir İnqlab oğlu.

 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

 

Kərimova Nüşabə Rəhim qızı

Təbrizli Arzu Sirus qızı

Zahidova Ladən Vahab qızı.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyul 2017-ci il

 

Azərbaycan - 2017.-14 iyul.- S.2.