Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası  Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4 (II kitab), maddə 251, ¹ 5, maddə 323, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12 (I kitab), maddə 676; 2004, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə 321, ¹ 8, maddə 598, ¹ 10, maddə 762, ¹ 11, maddə 900; 2005, ¹ 1, maddə 3, ¹ 6, maddə 462, ¹ 7,  maddə 575, ¹ 10, maddə 904, ¹ 11, maddə 994; 2006, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008, ¹ 6,    maddələr 454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr 1047, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə 953; 2010, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 7, maddə 591; 2011, ¹ 4, maddə 253, ¹ 5, maddə 472, ¹ 7, maddələr 587, 601, 621, ¹ 11, maddə 980, ¹ 12, maddə 1093; 2012, ¹ 2, maddə 45, ¹ 3, maddələr 193, 196,  ¹ 7, maddələr 666, 669, 673, ¹ 11, maddə 1068, ¹ 12, maddə 1223; 2013, ¹ 1, maddə 14, ¹ 2, maddə 102, ¹ 4, maddə 364, ¹ 5, maddələr 459, 479, 481, ¹ 6, maddələr 594, 600, ¹ 11, maddələr 1264, 1286, 1312, ¹ 12, maddə 1492; 2014, ¹ 2, maddələr 89, 95, ¹ 4, maddə 327, ¹ 6, maddələr 618, 622; 2015, ¹ 4, maddələr 339, 359, 368, ¹ 5, maddələr 504, 508, 510, ¹ 6, maddələr 678, 690, 692, ¹ 11, maddələr 1253, 1268, 1289, 1298, ¹ 12, maddələr 1437, 1445; 2016, ¹ 4, maddələr 634, 636, 638, 653,   ¹ 5, maddə 845, ¹ 6, maddələr 993, 1001, ¹ 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, ¹ 2, maddə 161, ¹ 3, maddə 330; Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 563-VQD,    566-VQD, 573-VQD və 575-VQD nömrəli, 25 aprel tarixli 633-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 99-1.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Həmçinin bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak məhkum tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir.”.

2. 99-2-ci maddənin mətnində “99-1.1.2 - 99-1.1.4-cü maddələrində” sözləri “99-1.1-ci maddəsində” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2017-ci il

 

Azərbaycan. - 2017.-15 iyul.- S.5.