“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 3, maddə 144, ¹ 7, maddə 602; 2009, ¹ 7, maddə 517; 2011, ¹ 1, maddə 11; 2013, ¹ 12, maddə 1470; 2014, ¹ 7, maddələr 771, 779; 2015, ¹ 11, maddə 1263; 2016, ¹ 3, maddə 410, ¹ 6, maddə 976) aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:

“Maddə 6-1. Hesablaşmalar

Bu qanunla müəyyən edilmiş hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.-15 iyul.- S.5.