Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 365-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 8 (III kitab), maddə 610; 2001, 10, maddə 646; 2002, 5, maddələr 273, 279, 7, maddə 413, 8, maddə 478, 9, maddə 563; 2003, 8, maddə 434; 2004, 1, maddə 19, 5, maddə 345; 2005, 1, maddə 18, 4, maddə 299, 9, maddə 799, 12, maddə 1101; 2006, 8, maddə 676, 11, maddə 935; 2007, 1, maddə 10, 3, maddə 223, 9, maddə 865, 12, maddə 1247; 2008, 1, maddələr 7, 10; 2009, 7, maddələr 531, 534; 2010, 7, maddə 615; 2011, 11, maddə 999; 2013, 5, maddə 509, 6, maddə 649, 8, maddə 900; 2014, 4, maddə 348, 6, maddə 625; 2015, 12, maddələr 1450, 1461; 2016, 4, maddələr 667, 669, 10, maddə 1644; 2017, 3, maddə 353; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 may tarixli 1410 nömrəli Fərmanı) 3-cü hissəsinin üçüncü abzasında 167-2, rəqəmlərindən sonra 167-3, rəqəmləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2017-ci il

 

Azərbaycan.- 2017.-15 iyul.- S.5.