Səudiyyə Ərəbistanın “Əl-Cəzirə” qəzetində Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məqalə dərc olunub

 

Səudiyyə Ərəbistanının nüfuzlu qəzetlərindən biri olanƏl-CəzirəqəzetindəEy Vətən, ürəyimizdəsən!” sərlövhəli məqalə dərc olunub.

Müəllifi Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev olan məqalədə Azərbaycan xalqının sülh ədalət uğrunda mübarizə apardığı, ölkəmizin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı, vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıdacağı günü səbirsizliklə gözlədiyi oxucuların diqqətinə çatdırılıb.

Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oxuculara geniş məlumat verib, hərbi təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan çox vətəndaşımızın qaçqın məcburi köçkünə çevrildiyini qeyd edib.

Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü işğalçı dövlətin son günlərdə qoşunların təmas xəttində vəziyyəti gərginləşdirməsi barədə məlumat verilib, ölkəmizin mövqeyini dəstəklədiyinə Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etdiyinə görə Krallığın xalqına rəhbərliyinə minnətdarlıq ifadə olunub. Bu addımın Azərbaycan xalqı rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb, beynəlxalq təşkilatlar çərçivəsində hərbi təcavüzü pisləyən, işğal olunmuş ərazilərin azad edilməsini qaçqın məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasını tələb edən sənədlərin qəbulunda Krallığın xüsusi rolu qeyd olunub.

Müəllif iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi istiqamətində minaatanlardan dəzgahlı qumbaraatanlardan açılmış atəş nəticəsində kənd sakinləri Allahverdiyeva Sahibənin onun ikiyaşlı nəvəsi Quliyeva Zəhranın həlak olduqlarını, Quliyeva Sərvinazın isə ağır yaralandığını bildirib. Bu hadisənin təmas xəttinin beş kilometrliyində baş verdiyini, qanlı cinayətin müharibə qaydalarının pozulması ilə törədilən mülki əhalinin qətli aktı olduğunu, hədəfə alınan Alxanlı kəndinin təmas xəttindəki hərbi mövqelərdən uzaq məsafədə yerləşməsinin düşmən qüvvələrinin mülki obyekti məqsədyönlü şəkildə seçməsini sübut etdiyini vurğulayıb. O, Ermənistan silahlı qüvvələrinin təmas xəttinə yaxın ərazilərdə yerləşmiş azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəf almasının beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilməsinin vacibliyini bu kimi vəhşiliklərə bəraət qazandırmanın mümkün olmadığını qeyd edib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.-19 iyul.- S.6.