Azərbaycan-Türkmənistan əlaqələrinin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb

 

İyulun 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Türkmənistan Respublikası Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında çoxəsrlik dostluq qardaşlıq münasibətlərinin müasir dövrdə yüksək səviyyədə davam etdiyindən məmnunluğunu bildirən hər iki tərəf diqqəti əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün böyük perspektivlərin olduğuna yönəldiblər. İqtisadiyyatın bir çox sahələrində, o cümlədən energetika, kənd təsərrüfatı humanitar sahələrdə, xüsusən tarixi ticarət yollarının ölkələrimizin ərazisindən keçdiyini nəzərə alaraq nəqliyyat, sərnişin yükdaşımalar sahəsində böyük potensialın olduğu birgə layihələrin işlənilməsinin mümkünlüyü vurğulanıb.

Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən dördüncü görüşünün ənənəvi əməkdaşlıq formatı kimi əlaqələrin möhkəmlənməsinə, regional məsələlərin müzakirəsinə beynəlxalq müstəvidə qarşılıqlı fəaliyyətin təmin olunmasına xidmət edən səmərəli tədbir kimi qiymətləndirən tərəflər, görüşün yekun bəyanatına uyğun olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inkişafa mənfi təsir edən, ümumən təhlükəsizliyə təhdid olan vəziyyət kimi tezliklə aradan qaldırılmasının, problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini qeyd ediblər.

Söhbət zamanı qardaş türkmən Azərbaycan xalqlarının mövcud səmərəli əməkdaşlığı nəzərə alınmaqla, qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsi üçün müvafiq dövlət özəl qurumlar arasında münasibətlərin intensivləşdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Görüşdə əlaqələrimizin perspektivinə dair bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2017.-20 iyul.- S.3.