Belçikalıların Kralı Əlahəzrət Filipə

 

Əlahəzrət,

Belçika Krallığının milli bayramı – Kralın Andiçmə Günü münasibətilə SiziSizin simanızda bütün belçikalıları öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 iyul 2017-ci il.

 

Azərbaycan.- 2017.-21 iyul.- S.6.