Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Filippin ilə Azərbaycan
arasında diplomatik münasibətlərin qurulmasının
25-ci ildönümü münasibətilə Sizə və
xalqınıza ən səmimi təbriklərimi
çatdırıram.
Mən, həmçinin bu xoş fürsətdən istifadə edərək, Filippinin ikitərəfli münasibətlərimizi daha da möhkəmləndirmək arzusunu bildirir və gələcək illərdə əlaqələrimizin qarşılıqlı maraq doğuran daha çox sahəni əhatə edəcəyinə ümidvaram.
Mən Zati-alinizə möhkəm cansağlığı arzulayır, Azərbaycanı daha böyük inkişaf və rifaha apardığınız bu yolda Sizə davamlı müvəffəqiyyətlər arzulayıram.
Zati-aliləri, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Rodriqo Roa Duterte
Filippin Respublikasının
Prezidenti
Azərbaycan.-
2017.-22 iyul.- S.4.