“Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidməti tərkibinin yenidən formalaşdırılması barədə” Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29 aprel 2016-cı il tarixli 3/10 saylı Qərarında dəyişiklik edilməsi barədə

 

Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar ¹ 4/15

 

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 578-VQD nömrəli Qanunu ilə Seçki Məcəlləsinin 97.2.2-ci maddəsində “Mərkəzi Bankdan” sözləri “maliyyə bazarlarına nəzarət orqanından” sözləri ilə əvəz edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 97.2.2-ci maddələrinə əsasən qərara alır:

1.“Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidməti tərkibinin yenidən formalaşdırılması barədə” Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29 aprel 2016-cı il tarixli 3/10 saylı Qərarının preambula hissəsinin ikinci abzasında və 1-ci hissəsində “Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri “maliyyə bazarlarına nəzarət orqanının” sözləri ilə əvəz edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

 

21.07.2017

 

 Azərbaycan.- 2017.-22 iyul.- S.6.