Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 87; 2014, ¹ 11, maddə 1404) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bənddə “fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli” sözləri “təbiət, texniki, humanitarictimai” sözləri ilə əvəz edilsin.

2. 2.1-ci bənddə “elmi təşkilatlar” sözləri “elmi müəssisə və təşkilatlar” sözləri ilə və “fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli” sözləri “fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri” sözləri ilə əvəz edilsin.

3. 3.1.9-cu, 3.1.11-ci, 3.1.12-ci, 3.1.14.5-ci, 3.1.16-cı, 4.1.7-ci, 4.1.8-ci və 6.9.4-cü yarımbəndlərdə ismin müvafiq hallarında “elmi tədqiqat müəssisələri” sözləri ismin müvafiq hallarında “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyul 2017-ci il

 

Azərbaycan.- 2017.-25 iyul.- S.2.