Bəxtiyar Əliyev: Azərbaycan və Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir

 

Rusiya ilə Azərbaycan arasında dövlət başçıları səviyyəsində mütəmadi görüşlər keçirilir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında iyulun 21-də Soçidə keçirilən görüş bunu bir daha sübut edir ki, iki dövlət arasında münasibətlər ən yüksək səviyyədə qurulub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Bəxtiyar Əliyev deyib.

Bu yaxınlarda Prezident İlham Əliyev Rusiya mətbuatına müsahibə verərkən xüsusi vurğuladı ki, Rusiya Azərbaycanın strateji tərəfdaşı olaraq onu beynəlxalq səviyyədə dəstəkləyir. Azərbaycan da eyni mövqedən çıxış edirbu, Rusiya tərəfindən yüksək qiymətləndirilir. Halbuki Rusiya ilə müttəfiq olan digər dövlətlər RF ilə bağlı məsələlərdə biganəlik göstərir, yaxud qeyri-müəyyən mövqe nümayiş etdiriblər”,- deyə Bəxtiyar Əliyev vurğulayıb.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət öz uğurlu nəticələrini verir və ən düzgün siyasət olduğunu təsdiqləyir. Bu balanslaşdırılmış siyasət bəzən əks mövqelərində bir məxrəcə gətirilməsinə və ümumi layihələrin həyata keçirilməsinə yol açır. Buna sübut olaraq, İran-Azərbaycan-Rusiya, Türkiyə-Azərbaycan-Rusiya münasibətlərində, eyni zamanda, bu dörd dövlətin və qonşu dövlətlərin birgə layihələrdə iştirakı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü təşəbbüslərin dəstəklənməsini misal göstərmək olar.

İki prezident arasındakı şəxsi dostluq münasibətlərinin əhəmiyyətinə toxunan deputat deyib: “Prezidentlərin Soçi görüşü bir daha təsdiqlədi ki, Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir, heç bir xarici qüvvə bu münasibətlərin pozulmasına mane ola bilməz. Bu münasibətlər də öz növbəsində həm regionda sülhsabitliyin, həm də iqtisadi inkişafın çiçəklənməsinə kömək edəcək. Ümidvaram ki, Dağlıq Qarabağ probleminin nizamlanmasında Rusiya öz qəti sözünü deyəcək və münaqişə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həllini tapacaq”.

 

Azərbaycan.- 2017.-25 iyul.- S.2.