İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği” mövzusunda konfrans keçirilib

 

İyulun 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda ailə institutunun təbliği, bu institutun formalaşması və qorunub saxlanılmasında millidini dəyərlərin rolu, İslamda ailəyə və qadına münasibət kimi mövzular müzakirə olunub.

Dini Qurumlarla üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, artıq bir neçə ildir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla üzrə Dövlət Komitəsi birgə əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirir. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan xalqının milli, mədəni, ailə dəyərlərinin formalaşmasında İslam dininin rolu böyükdür.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycan müasir, öz dini, milli köklərinə bağlı, eyni zamanda, tolerant, dünyaya açıq bir ölkədir. Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra digər sahələrlə yanaşı, dövlət-din münasibətləri istiqamətlərində ardıcıl siyasət formalaşmağa başlayıb. Həmin siyasətin əsas prinsipləri bu gün də aktualdır və ölkəmiz bu möhkəm təməl üzərində öz inkişaf strategiyasını qurub.

Komitə sədri diqqətə çatdırıb ki, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən müxtəlif səviyyəli tədbirlər ölkəmizi bütün regiondadünyada tolerantlıq nümunəsinə çevirib. “Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə bağlılığından asılıdır. Bizim çox zəngin və gözəl milli-dini, mənəvi-əxlaqi dəyərlərimiz, ailə ənənələrimiz var. Bu, ailədaxili münasibətlərin, o cümlədən, əxlaqi, mənəvi dəyərlərin formalaşmasında, uşaqlarda dərin tərbiyəvi xarakterin yaranmasında özünü göstərir”,- deyə Hicran Hüseynova vurğulayıb.

2008-ci ildən Komitə tərəfindən Ailə Bayramının qeyd olunduğunu qeyd edən Komitə sədri bildirib ki, hər il bu bayramda müxtəlif xalqların, millətlərin nümayəndələri iştirak edərək, öz adətlərini tanıdırlar. Bütün bunlar hökumətimizin yürütdüyü siyasətlə bərabər, cəmiyyətdə, ailələrdə mövcud vəziyyəti göstərir. Heç bir din insanları zorakılığa, xüsusilə də mədəni dəyərlərin məhv edilməsinə səsləmir. İslam dini insan hüquqlarını, xüsusilə qadın və uşaq hüquqlarını qoruyan, ailədə qarşılıqlı anlaşmanı, qadına hörmət etməyi, təhsilin vacibliyini təbliğ edən dindir.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, əgər biz İslam həmrəyliyi və ailə dəyərlərindən danışırıqsa, müqəddəs “Qurani-Kərim”in ailəyə verdiyi dəyəri xüsusi vurğulamalıyıq. “Xüsusən də ailəni tamamlayan, gücləndirən o tellər anaların üzərindədir. İslam dini qadınlara kişilərdən daha üstün dəyərlər verirİslami dəyərlər üzərində qurulan ailə demokratik ailə olmalıdır”,- deyə sədr müavini qeyd edib.

Deputat, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq keçirilən bu cür tədbirlər cəmiyyətimiz üçün olduqca əhəmiyyətlidir.

Ailə və İnzibati Xətalar məcəllələrinə edilən bir sıra dəyişiklikləri mühüm dəyişiklik kimi qiymətləndirən deputat qeyd edib ki, qanunvericilikdə baş vermiş dəyişikliklər nəticəsində ölkədə erkən nikahların qarşısı qismən alınıb. Komitə sədri bununla bağlı bəzi statistikaları da diqqətə çatdırıb.

Milli Məclisin deputatı, elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev çıxışında qeyd edib ki, Azərbaycan ailələri uzunömürlülüyü və ailədaxili münasibətlərin sabitliyi ilə seçilir. Ailə dəyərlərinin təbliği, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi böyük əhəmiyyətə malikdir.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “İslamda ailəyə və qadına münasibət”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiyaAnalitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova “Quranqanunda ailə dəyərləri: paralel yanaşmalarmövzusunda təqdimatla çıxış ediblər.

Konfransda, həmçinin dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.

 

Azərbaycan.- 2017.-25 iyul.- S.3.