Dünyada analoqu olmayan hadisə

 

Azərbaycan jurnalistləri son günlərdə baş vermiş önəmli bir hadisənin - Prezident İlham Əliyevin jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimindəki iştirakının təəssüratı ilə yaşayırlar. İyulun 20-də, Milli Mətbuat Günü ərəfəsində dövlət başçısı 255 jurnalist ailəsini gözəl, işıqlı, müasir standartlara cavab verən yeni mənzillərlə sevindirdi.

Dövlətin jurnalistə ev tikdirib hədiyyə verməsi dünyada analoqu olmayan hadisədir. Üstəlik, bu, ölkəmizdə artıq ənənəyə çevrilib. Çünki cəmi bir neçə il əvvəl 156 həmkarımıza məhz jurnalistlər üçün inşa olunmuş yeni mənzillər verilmişdi. Elə həmin vaxtdan da növbəti - bu günlərdə qapılarını öz sahiblərinin üzünə açan yeni binanın təməli qoyulmuşdu.

Dünyada səngimək bilməyən maliyyə çətinlikləri zamanında Azərbaycanda yeni yaşayış binalarının, sosial obyektlərin tikilməsi ölkədə heç bir sosial proqramın ixtisar edilmədiyinin, əksinə, uğurla davam etdirildiyinin parlaq təzahürlərindən biridir. Bunlar Azərbaycanın iqtisadi gücünün, sabaha inamının, qurub-yaratmaq əzminin nümunəsi olmaqla bahəm, həm dövlətin siyasətinin mərkəzində hər bir zaman hər bir vətəndaşın dayandığını təsdiqləyir. Azərbaycan vətəndaşlarının bir zümrəsi jurnalistlərdir ki, onlar da daim dövlətin diqqət qayğısı ilə əhatə olunurlar.

Prezident İlham Əliyevin 255 jurnalist ailəsinə bəxş etdiyi sevinc xoşbəxtlik dövlət başçısının bu sahədə ulu öndər Heydər Əliyevin yaratdığı ənənələrin davamı günün tələbləri baxımından daha da inkişaf etdirilməsi deməkdir.

Azərbaycanda söz azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, eləcə mətbuat azadlığı tam təmin olunub. Jurnalistlər üçün inşa edilmiş birinci binada yaşayan ikinci binada mənzil alan jurnalistlərin müxtəlif siyasi spektrə aid olması, burada heç bir ayrı-seçkiliyə yol verilməməsi deyilənləri bir daha təsdiqləyir. Müxtəlif siyasi baxışlara malik, müxtəlif partiyalara üzv olan qələm sahibləri burada mehriban qonşuluq şəraitində yaşayırlar yaşayacaqlar. Dövlət başçısının dediyi kimi, “əslində Azərbaycan cəmiyyəti bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var”.

Azərbaycan hərtərəfli, dinamik inkişaf edir. Ölkəmiz böyük iqtisadi inkişafa nail olub. Bu gün Azərbaycan həyata keçirdiyi meqalayihələrlə dünyaya səs salıb. Özünü multikulturalizm mərkəzi kimi tanıdıb. Odur ki, getdikcə daha da güclənir, nəinki regionda, bütün dünyada nüfuzu artır. Bölgədə Azərbaycanın iştirakı, razılığı olmadan heç bir layihə həyata keçirilə bilməz, heç bir siyasi, iqtisadi, yaxud digər təşəbbüs gerçəkləşə bilməz. Bütün bunların mərkəzində düşünülmüş siyasət dayanır.

Prezident İlham Əliyev jurnalistlərin əməyini yüksək dəyərləndirərək onların fəaliyyətləri ilə bu inkişafa öz töhfələrini verdiklərini dedi. Dövlət başçısı jurnalistləri özünün köməkçiləri adlandıraraq mediada çalışan qələm sahiblərinin ürəyini dağa döndərdi: “Jurnalistlər... cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə özləri bilmədən mənim köməkçilərimdir. Buna görə mən sizə minnətdaram”.

Sadə əməyimizə belə yüksək dəyər verdiyinizə, güzəranımıza, məişət şəraitimizin yaxşılaşdırılmasına göstərdiyiniz böyük qayğıya görə, biz Sizə minnətdarıq, möhtərəm Prezident!

Bu günlərdə 255 jurnalist ailəsinə bəxş edilən əzəmətli bina da məhz bu qayğının bir təntənəsinə çevrildi. Mənzil sahibi olan jurnalistlər arasında Azərbaycan mətbuatında 46 ildir çıxış edən, 36 ildir mütəmadi, o cümlədən 26 ildirAzərbaycanqəzetində çalışan bu qeydlərin müəllifi var. Prezidentin hədiyyəsi sadə bir jurnalist ailəsinə tükənməz sevinc yaşatdı.

Təəssüf ki, inkişafa, tərəqqiyə, yaxşı işlərə xeyirxah əməllərə cidd-cəhdlə kölgə salmaq istəyən - antiazərbaycançı qüvvələrdən maddi mənəvidəstək alan bir dəstə adamın gözü jurnalist ailələrinin sevincini götürmür. Onlar kampaniya yaratmağa səy göstərərək belə gözəl xeyirxah tədbirə kölgə salmağa çalışırlar.

Əbəs yerə! İndi belə cəfəng fikirlərə heç kəs inanmır, indi belə mənasıznəğmə”lərin oxunduğu vaxtlar keçib.

Azərbaycan jurnalistləri yazıb-yaratmaqla, öz qələmləri ilə xalqa, dövlətə dəstək verməklə fəaliyyətlərini davam etdirirlər. Ölkəmizin inkişafından, irəliləyişimizə mane olmaq istəyən ünsürlərdən, yaxın hədəflərimizdən, daha böyük yüksəlişimizdən yazırlar, Azərbaycan həqiqətlərini bütün dünyaya yayırlar. Dövlət başçısının da onlara inamı böyükdür: “Əminəm ki, siz gələcəkdə bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.

Bu qarşılıqlı münasibətlərin, qarşılıqlı kömək anlaşmanın nəticəsidir ki, bir neçə gün əvvəl möhtərəm Prezidentimiz jurnalistlər üçün nəzərdə tutulan daha bir binanın təməlini qoydu. Elə sözügedən təzə evin qonşuluğunda... Gələcəkdə buraJurnalist şəhərciyiolacaq.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2017.-26 iyul.- S.1.