Jaradostluq, sülh, sevinc sevgi festivalıdır

 

Beynəlxalq Musiqi Festivalının təşkilatçıları iştirakçılardan bir qrupu mətbuat konfransı keçiriblər

 

 

İyulun 27-də “Sea Breeze Resort” istirahət mərkəzindəJaraBeynəlxalq Musiqi Festivalının təşkilatçıları iştirakçılardan bir qrupu mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransından əvvəl festival iştirakçılarıJara”nın böyük plakatına öz imzalarını atıblar.

 

Sergey Kojevnikov: BakıJara -2017”yə yüksək səviyyədə hazırlaşıb

 

KonfransdaJaraBeynəlxalq Musiqi Festivalının təşkilatçılarıtanınmış müğənni bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun Qızıl qrammofonmükafatının təsisçisi Sergey Kojevnikov, habelə festivalın iştirakçıları Valeriya, İosif Priqojin, Qlyuk’oza, Anita Tsoy, Ani Lorak, LOBODA iştirak ediblər. Səmimi şəraitdə keçən mətbuat konfransında qonaqlar Bakının özünəməxsus ab-havasından danışıb bunun festivala əlavə ovqat gətirdiyini bildiriblər.

Sergey Kojevnikov Bakının festivala mükəmməl hazırlaşdığını deyib, təşkilatçılıq işlərini yüksək qiymətləndirib.

 

EMİN: Bu ilJarafestivalını 32 min tamaşaçı canlı izləyəcək

 

JurnalistlərəJara”nın proqramı haqqında məlumat verən EMİN bildirib ki, festivalda iştirak etmək üçün Bakıya musiqiçilər, rəqqaslar onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlib. Tamaşaçıları dörd möhtəşəm gün gözləyir. Festivalın birinci günü qala-konsert, ikinci günü isə görkəmli ifaçı Sofiya Rotarunun 70 illiyi şərəfinə yubiley konserti olacaq. İyulun 29-da dünya şöhrətli müğənni Alla Puqaçovanın yaradıcılıq gecəsi keçiriləcək. Festivalın bağlanış günü isə Qriqori Lepsin 55 illik yubileyinə həsr olunmuş proqram təqdim ediləcək.

Mətbuat konfransında festivalda ifa olunacaq mahnılar, xitlərin seçimi barədə məlumat verilib. Müğənni Valeriya festivalda bir çox sevilən mahnıların fərqli aranjemanda təqdim olunacağını deyib.

Müğənnilər Bakıya tək deyil, ailə üzvləri ilə birgə gəliblər. Bu barədə danışan EMİN bildirib ki, Xəzər sahilləri istirahət üçün ən gözəl məkandır. Əgər ötən il festivalı 10 min tamaşaçı canlı izləyibsə, bu il onların sayının 32 minə çatacağı gözlənilir. JaraAzərbaycan Dövlət Televiziyasında Rusiyanın Birinci kanalında yayımlanacaq, 150 milyon televiziya tamaşaçısına da unudulmaz anlar yaşadacaq.

 

Qriqori Leps: Festivalda yeni mahnılar səslənəcək sürprizlər olacaq

 

Sergey Kojevnikov 2018-ci ilin martın 4-də Moskvada Krokus-holdaJarafestivalının mükafatlarının təqdimatının keçiriləcəyini bildirib. Qriqori Leps festivalda yeni mahnıların səslənəcəyini sürprizlər olacağını vəd edib.

MüğənnilərJara”ya xüsusi hazırlaşdıqlarını, festivalın müddətinin artırılmasından məmnun qaldıqlarını bildiriblər.

Jurnalistlərin suallarını cavablandıran festival iştirakçıları Bakının çox qonaqpərvər ecazkar şəhər olduğunu deyib, Azərbaycan mətbəxinin zənginliyindən danışıblar. Qeyd ediblər ki, bu festivala qatılmaq üçün bütün planlarını təxirə salıblar.

Müğənni LOBODA “Jara”nın bir araya toplaşmaq üçün gözəl imkan olduğunu vurğulayıb. Ani Lorak isə ilk festivalın böyük əks-sədasından sonra ikinci festivalda iştirak etmək istəyənlərin sayının artdığını söyləyib.

Konfransda belə bir yekdil fikir ifadə olunub ki, “Jaradostluq, sülh, sevinc sevgi festivalıdır.

 

Azərbaycan.- 2017.- 28 iyul.- S.6.