Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin  2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1368) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci, 7.2-ci bəndlərə və 3.1.8-ci yarımbəndə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.

2. 3.2.5-ci yarımbənddə “elmistehsalat müəssisələri” sözləri “, istehsalat müəssisələri, elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

3. 3.2.12-ci yarımbənddə və 4.8-ci bənddə “Azərbaycan Respublikasının Qanununa” sözləri “və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin.

4. 7.4.1-ci yarımbənddə “və tətbiqi-nəzəri araşdırmaların” sözləri “, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi tədqiqatlar” sözləri ilə əvəz edilsin.

5.  8.19-cu bənd aşağıdakı redaksiyada verilsin:

“8.19. Akademiyada dissertasiyaları müdafiə etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış  dissertasiya şuraları yaradıla bilər.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyul 2017-ci il

 

Azərbaycan.- 2017.- 28 iyul.- S.1.