Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ni  Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq  məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin  2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 7, maddə 524; 2011, ¹ 2, maddə 85; 2013, ¹ 6, maddə 632; 2015, ¹ 2, maddə 126; 2016, ¹ 2 (II kitab), maddə 238, ¹ 9, maddə 1478; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 may tarixli 1380 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə və 3.1.8-ci yarımbəndə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.

2. 7.1.1-ci yarımbənddə “və tətbiqi-nəzəri” sözləri “, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi” sözləri ilə əvəz edilsin.

3. 8.13-cü bənddən “və elmi-tədqiqat idarələrində” sözləri çıxarılsın.

4. 8.15-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.15. AkademiyaElm haqqında” Azərbaycan Respublikasının Qanunu  ilə müəyyən edilmiş qaydada dissertasiya şuraları yaratmaq hüququna malikdir.”.

5. 9.4-cü bənddə “elmielmi-pedaqoji” sözləri “xüsusi elmi” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyul 2017-ci il

 

Azərbaycan.- 2017.-30 iyul.- S.2.