Anita Tsoy: “Jara” insanları və xalqları bir-birinə yaxınlaşdırır

 

Jarafestivalına məxsusi hazırlaşmışam. Festivalın başlamasına hələ on gün qalmış sosial şəbəkədə bu möhtəşəm musiqi bayramı ilə bağlı fikirlərimi paylaşmışam. Jaramənim səbirsizliklə gözlədiyim festivaldır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsindəJarafestivalının iştirakçısı, Rusiyanın Əməkdar Artisti Anita Tsoy səsləndirib.

Bakıda əvvəllər bir neçə dəfə olduğunu qeyd edən qonaq ölkəmiz onun sakinləri barədə təəssüratlarını bölüşüb: “Azərbaycanlılar səmimi, qonaqpərvər, eyni zamanda, təəssübkeşdirlər. Hiss olunur ki, burada insanlar çətin anda bir-birinə kömək etməyə hazırdır. Bu isə çox yaxşı keyfiyyətdir”.

Jarafestivalının insanları xalqları bir-birinə daha da yaxınlaşdırdığını, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə özünəməxsus töhfə verdiyini vurğulayan müğənni təşkilatçılara dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bu möhtəşəm musiqi bayramının yaratdığı pozitiv əhvali-ruhiyyə və xoş təəssürat yaddaşlardan uzun müddət silinməyəcək.

 

Azərbaycan.- 2017.- 30 iyul.- S.5.