İ.İ.Məmmədovun Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:

İbrahim İsmayıl oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  1 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.- 2 iyun.- S. 2.