“Made in Azerbaijan” brendi Həştərxanda nüfuz qazanır

 

Xaricdəki azərbaycanlı adamları Prezident İlham Əliyevin təşəbbüsünə qoşulurlar

 

Bu gün Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatların bir istiqamətini qeyri-neft məhsullarının ixracının artırılması təşkil edir. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi altında təşviqi istiqamətində müvafiq tədbirlər görülməkdədir. Həyata keçirilən bir neçə ixrac missiyası öz bəhrəsini verməkdədir.

Təbii ki, Azərbaycan məhsullarının ixracının artırılmasında xarici ölkələrdə yaşayan soydaşlarımızın, onların təmsil olunduqları ölkəmizlə əlaqəli fəaliyyət göstərən işgüzar dairələrin da üzərinə mənəvi vəzifələr düşür. Həştərxanda fəaliyyət göstərənMeçtaMəhdud Məsuliyyətli Cəmiyyətinin həyata keçirdiyiHəştərxan şəhərinin Sovet rayonunda Azərbaycan İşgüzar Mərkəzinin tikintisiinvestisiya layihəsi məhz bu məqsədə xidmət edir.

Qeyd edək ki, mayın 31-də Həştərxan qubernatorunun iqamətgahının böyük salonunda keçirilən Həştərxan vilayəti hökuməti yanında İnvestisiya Şurasının növbəti iclasında ekspertlər şurası bu investisiya layihəsini bəyənib. Həm şura üzvlərinin qərarına əsasən layihəyə xüsusi əhəmiyyətli layihə statusu verilib. Bu isəMeçta” MMC-ə mərkəz üçün ərazini uzunmüddətli icarə kimi rəsmiləşdirmək imkanı verir.

İclasda Həştərxan vilayətinin iqtisadi inkişaf naziri Elina Polyanskaya qeyd edib ki, “Meçta” MMC artıq bir neçə sosialyönümlü layihə həyata keçirib. Həmin layihələr Həştərxan vilayətinə külli miqdarda investisiya cəlb edib. Məsələn, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışı olub, onun adını daşıyan park abadlaşdırılıb, Heydər Əliyev adına 11 nömrəli məktəb yenidən qurulub, “Drujbaadlı uşaq bağçası inşa edilib. Həmçinin, “Rusiya-Azərbaycan dostluğu körpüsüsalınıb, Müqəddəs Knyaz Vladimirin abidəsi ucaldılıb.

Azərbaycan İşgüzar Mərkəzi isə qapılarını 2017-ci ilin sentyabrında açacaq. Mərkəzin tikintisi 2016-cı ilin dekabrında başlanıb. Xatirə kapsulunun qoyulması mərasimində Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirak ediblər.

Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi Rusiyada ikinci belə mərkəz olacaq. Mərkəzin ərazisində Azərbaycan mallarının xidmətlərinin sərgi-satışları, təqdimatlar, seminarlar konfranslar keçiriləcək. Bundan əlavə, 41 yeni yeri açılacaq. Orta əməkhaqqı 20,6 min rubl təşkil edəcək.

Binanın birinci mərtəbəsində, 593 kvadratmetr sahədə Azərbaycan mallarının sərgisi təşkil ediləcək. İkinci mərtəbədə ümumi sahəsi 313 kvadratmetr olan 7 ofis, habelə müasir çoxfunksiyalı iclas salonu yerləşəcək. Dördüncü beşinci mərtəbələrdə restoran mehmanxana nömrələri nəzərdə tutulub. Mərkəzin ümumi sahəsi 3 780,9 kvadratmetrdir.

Həştərxanda özəl investisiyalar hesabına işgüzar mərkəzin açılması, heç şübhəsiz, bu ölkə ilə Azərbaycan arasında qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Ən əsası, Azərbaycan istehsalı olan məhsulların Rusiyanın bu vilayətinə daha geniş həcmdə və çeşiddə ixracını stimullaşdıracaq

 

Azərbaycan.- 2017.-2 iyun.- S.9.