Azərbaycan
Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə I).
2. “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin embleminin təsviri” təsdiq edilsin (Əlavə II).
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2017-ci
il.