“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi”nin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi” təsdiq edilsin.

2. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 26 dekabr tarixli 60 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.- 6 iyun.- S. 1.