“Enerji
resurslarından istifadə haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 120; 2001, ¹ 12, maddə 736; 2004, ¹ 4, maddə 202) 21-ci maddəsinin birinci abzasında “, məhsulların, texnoloji proseslərin, xidmətlərin, enerji istehlakının dövlət standartlarında, yaxud standartlaşdırma üzrə digər normativ sənədlərdə müəyyən olunmuş göstəricilərə” sözləri “malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 aprel 2017-ci il