Filippin Respublikasının Prezidenti
Zati-aliləri cənab Rodriqo Duterteyə
Hörmətli
cənab Prezident,
Filippin
Respublikasının milli bayramı – Müstəqillik
Günü münasibətilə Sizə və
xalqınıza öz adımdan və Azərbaycan xalqı
adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram
ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq
münasibətləri xalqlarımızın mənafeləri
naminə daim inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost Filippin xalqına sülh və
rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 9 iyun
2017-ci il.