Qəlbinin çırpıntılarını kamanın tellərində dilləndirərdi

 

Habil Əliyev elə müqtədir sənətkarlardan idi ki, haqqında söz açmaq o qədər də asan deyil. Axı, o, özü də hər ifanı bəyənməzdi. Onu sənətsevərlərlə yanaşı, xalq da unutmur. Bu sevgi isə sənətdə əbədilik qazananlara aiddir. Kamanı dünyada məşhurlaşdıran, onun həzin melodiyasında özüruha dönən Habil Əliyev bu sahədə öz məktəbini yaratdı.

Gözlərdən könüllərə köçən ustad pərdəsiz simli musiqi alətini sevdisevdirdi. Hətta onu erməni işğalından azad etdi. Kamanın səsinə yeni avazlar, xallar, rənglər qatıldı. Kaman barmaqlarının sığalından dil açdı. Təkrarsız ifa Habilin özünü başdan-başa amana-ahakamana çevirdi. Ürəyini kamana verən ustadın ifasında “Bayatı-Qacar”, “Bayatı-Şiraz”, “Bəstənigar”, “Segah” və “Zabul” muğamları könülləri ofsunladı. Habil onlara yeni nəfəs verdi, qəlbi sanki kamanın pərdəsiz qoluna sığal çəkən barmaqlarında döyündü.

1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində dünyaya gələn, orada orta, eyni zamanda, yeddiillik musiqi məktəblərini bitirdikdən sonra pedaqoji texnikumda oxuyan Habil Əliyev 1952-1956-cı illərdə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil aldı. Ustad tarzən Qurban Pirimov və müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, xüsusən muğamların incəliklərini öyrənməklə ifaçılıq sənətinin sirlərini daha dərindən mənimsədi.

Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin yaxın qohumu və əziz dostu, Qarabağ muğam məktəbinin parlaq təmsilçilərindən olan Əhməd Ağdamskinin məsləhəti ilə ailəsi 6 yaşlı Habilə musiqi təhsili vermək qərarına gəldi. Fiziki cəhətdən zəif olduğu üçün biləyi tarın ağırlığına tab gətirmədi. Ona görə kamançanı seçdi. Həmin vaxtlardan meylini kamançaya salan Habil Ağdaş rayon pionerlər evində rəqs dərnəyinə də yazılmışdı.1944-cü ildə Bakıda keçirilən baxış müsabiqəsinin qalibi olan Habil Əliyev 1953-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə üçlükdə kamança çalan kimi fəaliyyətə başladı. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi korifey sənətkarların konsertlərində onları müşayiət etdi, irsindən bəhrələndi.

Habil Əliyev 1956-1978-ci illərdə Filarmoniyada, sonra isə Azərbaycan Dövlət Qastrol-Konsert Birliyində çalışdı.

Ötən əsrin 50-ci illərindən məşhurlaşan sənətkarın ilk konserti 1961-ci ildə keçirildi. Sovetlər dövründə dünyanın 30-dan artıq ölkəsində konsert proqramları ilə çıxış edən Habil Əliyevin kamanının səsi haralardan gəlmədi ki?! Türkiyə, İran, İsveç, Amerika, Fransa, Polşa, Misir, Monqolustan, Hindistan, Pakistans. ölkələrin mədəniyyət mərkəzlərinin böyük səhnələrindən sənətkarın ifasında Azərbaycan musiqisi dünyaya yayıldı. Virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifi kimi tanınan ustadın “Şəhla gözlüm”,”İlk məhəbbət”, “Gülüm yatsın”, “Güləsən gərək” və s. 15­ə yaxın mahnısı müğənnilərimizin repertuarını bu gün də bəzəyir.

ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda muğamxalq mahnılarından ibarət kompakt diskləri buraxılan, böyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanan Habil Əliyev qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti olan kamanda özünəməxsus ifası ilə şöhrət qazandı. Onun qeyri-adi istedadı ölkəmizdə həm kamança ifaçılığı məktəbinin püxtələşməsinə, həm də yeni əsərlərin yaranmasına təkan verdi.

Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırdı. Habil Əliyevin musiqi xəzinəmizi zənginləşdirən həzin ifaları Azərbaycan incəsənətinə misilsiz töhfədir. Əlbəttə, onun yaradıcılığı milli musiqi sənətində müstəsna yer tutur. Kamança ilə solo ifaçılığının musiqi mədəniyyətimizdəki mövqeyi mütəxəssislər tərəfindən Habil Əliyev fenomeni kimi qiymətləndirilir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə Habil Əliyev 1964-cü ildə əməkdar, 1978-ci ildə xalq artisti fəxri adlarına, 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən “Şöhrət” ordeninə layiq görüldü. 2007-ci ildə anadan olmasının 80 illiyi ilə əlaqədar Prezident İlham Əliyev onuİstiqlalordeni ilə təltif etdi. Dövlət başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Habil Əliyev sənətinə daim hörmətlə yanaşıblar ki, bu da əlbəttə, milli musiqimizə göstərilən ehtiramdır.

Əlçatmaz zirvələr əldə edən böyük sənətkar haqqında tanınmış musiqiçilər, şairlər, yazıçılar çox qiymətli, dəyərli fikirlər söyləyiblər. Habil Əliyev yaradıcı şəxsiyyəti rəssam və heykəltəraşlarımızın da sevə­sevə müraciət etdiyi mövzulardan biri oldu. Onun sənətkar xöşbəxtliyinin biribudur ki, sağlığında heykəlləşdi. Habilin sayəsində kamanın azərbaycanlılara məxsusluğunu sübut etməyə ehtiyac duyulmur: onun ifasında kaman sanki dil açıb, ulularımıza məxsusluğunu özü söylədi.

Akademik Vasif Məmmədəliyev deyib ki, Habil Əliyev kamançaya Azərbaycan ruhu, nəfəsi gətirdi: “Habil Əliyev kamançanı erməni ifaçılarının əlindən alıb yenidən millətimizə qaytardı. O, kamançanın səs palitrasını, texniki imkanlarını genişləndirib, ona özünəməxsus yeni tembr, səslənmə və çalarlar gətirdi”.

Xalq artisti Əbülfət Əliyev yazırdı: “Habilin çalğısını eşidib pis oxumaq günahdır”.

Xalq artisti, bəstəkar Firəngiz Əlizadənin violonçelfortepiano üçün 1979­cu ildə bəstələdiyi “Habilsayağı” əsəri 1989­cu ildə keçirilmişVarşava payızı” beynəlxalq musiqi festivalında onilliyin ən uğurlu əsəri adlandırılıb. “Habilsayağı mənim yaradıcılığımın mühüm səhifələrindən birini təşkil edir” - deyə bəstəkar öz fikrini belə ümumiləşdirib.

Azərbaycan ədəbiyyatı və təsviri sənətinin tanınmış nümayəndələri Habil Əliyevə həsr etdikləri əsərlərdə artıq muğamın rəmzlərindən birinə çevrilmiş böyük ustadın dolğun obrazını yaratmışdılar. R.Rza, B.Vahabzadə, M.Araz, Ə.Kərim, Ə.Tudə, N.Həsənzadə, Z.Yaqub və digər şairlərimizin yaradıcılığında Habil Əliyev poetik dillə tərənnüm edildi. Haqqında 3 kitab, saysız­hesabsız məqalələr yazıldı. Dahi xalçaçı­rəssam Lətif Kərimov Habilin portretini toxudu, xalq rəssamı Toğrul Nərimanbəyov isə orijinal portretini yaratdı.

Habil Əliyev ifaçılara öz tövsiyələrini verərkən deyirdi: “Yalnız o sənətkarlara qulaq asıram ki, məndən yaxşı ifa edirlər. Hazırda yalnız İranda yaşayan sənətkarlardan Əlirza Şəcəriana, Cəlil Şahnaz belələrindəndir. Valehedici sənətkarlardır, həm də sənətə böyük qiymət verirlər. Bir anımı belə kamançasız təsəvvür etmirəm, yatıb-duranda da, yeyib­içəndə də, yol gedəndə də kamança mənimlədir. Kamança mənim qanım, canımdır. Əgər şair fikrini sözlə ifadə edirsə, rəssam tabloda verirsə, mən də hər mətləbimi kamança ilə deməyə çalışıram. Yeganə arzum azad olunmuş Qarabağda kamanımı dizim üstə alaraqSegah­Zabul” çalmaqdır”.

Habil kamanının ifasında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülbüllər” və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir. Təkrarolunmaz ifaçılıq məharəti və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və milyonlarla muğam pərəstişkarına sevdirdi.

Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab etmiş Habil Əliyev Azərbaycanın milli-mənəvi və mədəni dəyərlərinin əsl təəssübkeşi idi. Onun milli mədəniyyətə xidmətinin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün örnək -məktəbdir.

... Susdu kaman, soldu gül, dil açmır sarı bülbül. Xalqımızın sevimli sənətkarı Habil Kaman 2015­ci il sentyabr ayının 8­də əbədiyyətə qovuşdu. Lakin o, ölməz sənəti ilə xalqımızın qəlbində əbədi yaşayacaq.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 11 iyun.- S.5.