Altıncı
“Muğam televiziya müsabiqəsi” başa çatıb
Müsabiqənin
qalibləri mükafatlandırılıb
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşıb. Üç ay müddətində gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, iyunun 12-də Heydər Əliyev Mərkəzində müsabiqənin final mərhələsi keçirilib.
Altıncı “Muğam televiziya müsabiqəsi”nin final mərhələsində 7 xanəndə - Nurlan Namazov, Səma Sultanova, Valid Abdullayev, Rəvanə Əmiraslanlı, Məcid Əsri, Almaxanım Əhmədli, Pərviz Qasımov ifalarını təqdim ediblər.
Sonra münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov qalibləri müəyyənləşdirmək üçün məşvərət otağına dəvət olunublar.
Əvvəlcə
müsabiqənin diplomantları təltif olunublar.
Münsiflər
heyətinin qərarı ilə Almaxanım Əhmədli VI
“Muğam televiziya müsabiqəsi”nin Qran-pri mükafatına
layiq görülüb.
Gənc
xanəndə Pərviz Qasımov müsabiqədə birinci
yeri qazanıb. Xanəndəyə həm də
“Tamaşaçı alqışı” mükafatı təqdim
olunub.
İkinci
yeri Səma Sultanova və Rəvanə Əmiraslanlı,
üçüncü yeri isə Nurlan Namazov, Valid Abdullayev və
Məcid Əsri tutublar.
Qaliblərə
mükafatları münsiflər heyətinin üzvləri təqdim
ediblər.
Qaliblərin
mükafatlandırılmasından sonra çıxış
edən Xalq Artisti Əlibaba Məmmədov muğam sənətinin
inkişafına verdiyi yüksək dəstəyə görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban
Əliyevaya münsiflər heyəti adından dərin təşəkkürünü
bildirib.
Daha sonra qalib xanəndələr “Qarabağ
şikəstəsi”ni və Azərbaycan Respublikasının
dövlət himnini ifa ediblər.