Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2016-cı il dekabrın

13-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1261 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında  Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumuna əsasən qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

 

Komissiyanın həmsədri

 

Mikayıl Cabbarov       - Azərbaycan Respublikasının təhsil naziri

 

Komissiyanın üzvləri:

 

Xələf Xələfov             - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev           - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Yəhya Musayev         - Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Gülməmməd Cavadov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Seyfəddin Talıbov      - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Rauf Hacıyev           - Azərbaycan Respublikası ekologiya təbii sərvətlər nazirinin müavini

Elsevər Ağayev         - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Ədalət Vəliyev          - Azərbaycan Respublikası mədəniyyət turizm nazirinin müavini

Şahin Bağırov           - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Niyazi Rəhimov        - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi sədrinin müavini

Ramin Məmmədov    -  Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Arif Məmmədov        - Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru

Ziya Əliyev             - Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru

İbrahim Quliyev       - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə İsrail Dövləti tərəfinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.-17 iyun.- S.3.