Odlar yurdunda sürət festivalı

 

 Küləklər şəhərimöhtəşəm Azərbaycan Qran-prisinə tam hazırdır

 

Dünyanın idman paytaxtı daha bir möhtəşəm yarışı qəbul etməyə hazırdır. Odlar yurdunda yenidən sürət festivalı başlayır. Ötən il “Formula-1” Avropa Qran-prisinə yüksək səviyyədə evsahibliyi edən Azərbaycan sürətsevərləri planetin ən güclü pilotlarının əzmkar mübarizəsinin canlı şahidi olmaq üçün yenidən Bakıya toplayır. Küləklər şəhərimöhtəşəm Azərbaycan Qran-prisinə tam hazırdır.

 

Uzunluğuna görə dünyada ikinci olan Bakı Şəhər Halqası

 

Ölkəmiz bu nüfuzlu yarışın tamhüquqlu ev sahibi olduğu üçün onun barəsində hər şeyi bilməyimiz vacibdir. 2017-ci ildə “Formula-1” üzrə dünya çempionatı 20 Qran-pri yarışından ibarətdir. Artıq Avstraliya, Çin, Bəhreyn, Rusiya, İspaniya, Monako Kanada Qran-priləri arxada qalıb. 8-ci dövrə Azərbaycan Qran-prisidir.

Yarışın keçiriləcəyi Bakı Şəhər Halqası bəzi xüsusiyyətlərinə görə digər “Formula-1” treklərindən seçilir. Şəhərin müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası şəhər trekidir. Uzunluğu 6 km-dən bir qədər artıq olan Bakı Şəhər Halqası, trekin uzunluğuna görə dünyada ikincidir.

Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı “Formula-1” avtomobilləri UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil olan İçərişəhər tarixi-memarlıq qoruğunu, şəhərin müasir göydələnlərini Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının ecazkar simasını görürlər.

Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoymuşdular. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq.

Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi isə trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci 8-ci döngələrdə 7,6 metr təşkil edir. Start finiş xətti Azadlıq meydanındadır. Həmçinin burada “Formula-1” Paddok Klubu, komandaların boksları pit-leyn qurulub.

 

“Formula-1” təqvimindəki ən yeni trek

 

“Formula-1” təqvimindəki ən yeni trekin yarışa hazırlığı yüksək səviyyədədir. Bakı Şəhər Halqası yarışa tam hazırdır. Hər şey çox gözəl təşkil olunub. Bu il təşkilatçılar ötən ilə nisbətən daha hazırlıqlıdırlar. Mütəxəssislər hesab edirlər ki, ötən il Bakıda keçirilən yarış xoş sürprizlə yadda qalmışdır, bu il isə Azərbaycan Qran-prisi daha möhtəşəm olacaq.

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) “Formula-1” üzrə yarış direktoru təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq qeyd edib ki, Bakı Şəhər Halqasında heç bir təhlükə yoxdur. Yarışlarda bəzi texniki dəyişikliklər var. Bütün pilotlar bu dəyişikliklərdən məmnundurlar. Şəhərdə tras boyu əlavə hasarların quraşdırılması tamaşaçıların tam təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.

Builki bolidlər ötən ildəkilərdən 20 sm genişdir. “Formula-1” bolidləri təkərlərinin bir qədər enlənməsi səbəbindən ötən ildən daha yüksək sürətin olması gözlənilmir. Ötən il maksimal sürət saatda 378 kilometr olmuşdu. Bu il o qədər ya bir qədər az sürətin olması nəzərdə tutulur. Lakin bu il halqa rekordu qırıla bilər böyük ehtimalla qırılacaq. Ötən il Bakıda keçirilən “Formula-1” yarışında dövrə rekordu, yəni 6 kilometrlik dövrənin qət edilməsi 1 dəqiqə 46 saniyə olmuşdu.

 

Möhtəşəm Azərbaycan Qran-prisi - 6 kilometrlik 51 dövrə

 

İyunun 23 24-də pilotların sərbəst yürüşləri sıralama turları keçiriləcək. Ayın 25-də isə möhtəşəm Azərbaycan Qran-prisinə (51 dövrə ya 120 dəq) start veriləcək.

Digər Qran-prilərdə olduğu kimi, paytaxtımızda yarışacaq komandalar da reqlamentə əsasən, öncə iki sərbəst yürüşdə trasla tanış olacaq, maşınları yarışa hazır vəziyyətə gətirəcəklər. Şənbə günü, iyunun 24-də səhər pilotlar bir saatlıq məşq keçəcəklər. Adətən, nahardan sonra sıralanma turu ya təsnifat mərhələsi təşkil olunur. Bu turun yekun nəticəsinə görə, pilotların bazar günü keçiriləcək yarışda start düzümü formalaşır.

İyunun 25-i isə Qran-prinin yarış günüdür. Yarışanlar bir gün əvvəlki sıralanma turunun nəticələrinə görə startda yerlərini tuturlar. Əvvəlcə sürücülər trasda bir dövrə vuraraq təkərləri əyləcləri qızdırırlar, dövrənin tamamında yenidən start yerlərini tuturlar. Yarışın direktoru Çarli Vaytinqin xüsusi işarəsindən, yəni 5 qırmızı işığın sönməsindən sonra həyəcan başlayır.

 

Dünyanın ən məşhur pilotlarını yeni çətinliklər gözləyir

 

“Formula-1” yarışlarında mübarizə aparan ən məşhur pilotlar Bakıda bu yarışın ən yeni ən sürətli şəhər treki sayılan Bakı Şəhər Halqasında yenidən yarışmağı həyəcanla səbirsizliklə gözləyirlər. Pilotların ilk dəfə yarışacaqları trekdən qalib ayrılmaq üçün bütün güclərini səfərbər edəcəkləri hiss olunur.

Valteri Bottas (Mercedes), Daniel Rikkardo Maks Ferstappen (Red Bull), Felipe Massa (Williams), Serxio Perez (Force India) ikiqat dünya çempionu ötən il Bakıda keçirilmiş “Formula-1” yarışının rəsmi elçisi Fernando Alonso (McLaren) digər pilotları gözoxşayan mənzərəyə sahib olan Bakıda yeni çətinliklər gözləyir. “Formula-1” təqvimində Bakı Şəhər Halqasını özünəməxsus edən ensiz hissələr, 90 dərəcəli döngələr, yoxuşlar uzun sürətlənmə hissələri builki enli təkərli bolidlər üçün mübarizə şərtlərini ötən illə müqayisədə daha da çətinləşdirəcək.

 

Bakıda dördgünlük geniş əyləncə proqramı

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti “Formula 1” Azərbaycan Qran-prisini izləməyə gələn tamaşaçılar üçün dördgünlük geniş əyləncə proqramı hazırlayıb. Proqramın detalları artıq tam müəyyənləşib. Belə ki, əyləncə proqramı 22-25 iyun tarixlərini əhatə edir proqramda nəzərdə tutulan bütün tədbirlər Dənizkənarı bulvar ərazisi ilə yanaşı, Sahil Sabir parklarında yerləşən əyləncə zonalarında da baş tutacaq. Əyləncə proqramı 22 iyun tarixində saat 14:00-dan 22:00-dək davam edəcək, 23-25 iyun tarixlərində isə səhər saat 10:00-da başlayıb axşam saat 23:00-da başa çatacaq.

Azərbaycan Qran-prisinin tamaşaçıları üçün ötən illə müqayisədə daha geniş daha məzmunlu əyləncə proqramı hazırlanıb. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan Qran-prisi əsl bayram əhvali-ruhiyyəsində keçəcək. Yarışları izləməyə gələnlər Bakıda bir daha unudulmaz anlar yaşayacaqlar.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2017.-21 iyun.- S.1;7.