Strateji Yol Xəritəsi kiçikorta sahibkarların dünya bazarına çıxmasına xidmət edir

 

Ölkə iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələri əhalinin sosial rifahını yüksəltməklə yanaşı, investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafında aparıcı rol oynayır. Strateji Yol Xəritəsi qısa (2020-ci ilədək), orta (2025-ci ilədək) və uzunmüddətli (2025-ci ildən sonra) dövrləri əhatə edir.

Sənəddə ölkə iqtisadiyyatının 11 istiqamətdə inkişafı nəzərdə tutulub. Onlardan biri kiçikorta sahibkarlığın (KOS) inkişafına böyük dəstəyin verilməsidir. Məqsəd orta sahibkarlığın iqtisadi fəallığını artırmaq, özəl təşəbbüslərə dəstək olmaq, sağlam rəqabət mühitini formalaşdırmaq və dövlət əmlakının özəlləşdirilməsini sürətləndirilməkdir. İqtisadi islahatlar və iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dəstəklənməsi, əlavə güzəşt və stimullaşdırma siyasətinin gerçəkləşdirilməsi sayəsində bu sahədə artıq ciddi irəliləyişlər əldə olunmuşdur. Belə ki 2004-cü ildən başlayaraq sahibkarlığın inkişafında yeni mərhələ başlamışdır. 2015-ci ildə özəl sektorun ÜDM-də və məşğulluqda payı müvafiq olaraq 81 və 75 faiz təşkil etmişdir. 2016-cı ilin 1 iyul tarixinə ölkədə qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin sayı 700 mindən çoxdur. Sahibkarlıq sahəsində yoxlamaların iki il müddətinə dayandırılması, yoxlamaların vahid reyestrinin tutulması KOS-nin fəaliyyətinə müsbət təsir göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması isə orta sahibkarlığın subyektləri üçün bahalı olansonda istehsalın maya dəyərində öz əksini tapan izafi xərclərin, o cümlədən məhkəmə xərclərinin azaldılmasında böyük rol oynayacaqdır. Sərhəddə “bir pəncərə” sisteminin tətbiqi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın əsas məqsədi idxal-ixrac əməliyyatlarını sadələşdirməkdir.

Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığın dövlət tənzimlənməsində inzibati qayda və prosedurların təkmilləşdirilməsi davam edəcək. Ölkədə KOS-nin inkişafı biznesinvestisiya mühitinin yerlixarici investorlar üçün əlverişliliyinin daha da artırılmasını, ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun daha cəlbedici biznesinvestisiya mühitinin formalaşdırılmasını zəruri edəcəkdir.

Rəqabət mühitinin təkmilləşdirilməsi, bazarda tələb və təklifə müvafiq olaraq qiymətlərin öz-özünü tənzimləməsi ən mühüm şərtlərdən biri kimi çıxış edir. Rəqabət mühitinin mövcud olmasının əsas əlamətlərindən biri iştirakçıların sayının qeyri-məhdudluğu, onların bazara sərbəst daxil ola bilmələri və bazardan sərbəst çıxa bilmələrinə imkanların yaradılmasıdır. Beləliklə, hər bir şəxs üçün istədiyi vaxt sahibkarlıqla məşğul olmağaya onu dayandırmağa imkan yaradılır. Həmçinin iqtisadiyyatda durğunluğun aradan qaldırılması və iqtisadi inkişafın sürətləndirilməsi üçün bank sektorunun vasitəçiliyi ilə real sektorun maliyyə mənbələrinə çıxışının təmin edilməsi və biznes potensialının artırılması tələb olunur. Sağlam rəqabət mühitində məhsuldarlığın və keyfiyyətin artırılması, yeni texnologiya və innovasiyaların tətbiq edilməsi yolu ilə bazardakı yerini qorumağa çalışan sahibkarlıq subyektlərinin bank kreditlərinə davamlı şəkildə müraciət etməsi, həm də pul multiplikatoru səviyyəsini, yəni, iqtisadiyyatın pul yaratmaq qabiliyyətini artırır. İnhisarçılığa və haqsız rəqabətə yol verilməməsi iqtisadiyyatın tənzimlənməsi sahəsində dövlətin strateji vəzifələrindən biri kimi müəyyən edilmişdir. Belə ki, hazırda ölkənin qarşısında duran əsas çağırışlardan biri iqtisadiyyatın ixracyönümlülüyünün təmin edilməsi və idxalın əvəzlənməsidir. Bunun üçün əsas hədəf yerli istehsalın rəqabət qabiliyyətinin artırılmasıdır. Rəqabət qabiliyyətinin artırılması yalnız səmərəli rəqabət mühitinin bazarda formalaşdırdığı rəqabət təzyiqi vasitəsilə mümkündür.

KOS üzrə xüsusi sənaye zonalarının, klasterlərin yaradılması Azərbaycanda orta sahibkarlığın subyektlərinin fəaliyyətinin tənzimlənməsinə yönəlmişdir. Belə ki sahibkarlar bir sıra xidmətləri əldə etməkdə, eləcə də istehsal və digər müxtəlif məqsədlərlə məlumat almaqda müəyyən çətinliklərlə üzləşirlər. Belə xidmətlərə kommunal, logistika, laboratoriyabiznes xidmətlərini, sektorlar üzrə statistik məlumatların əldə edilməsini misal göstərmək olar. Eyni zamanda, ixtisaslaşdırılmış zonaların az olması və ya uzaq məsafədə yerləşməsi səbəbindən sahibkarlar xidmətlərdən istifadə edərkən bir sıra izafi xərclərə məruz qalırlar. Son nəticədə məhsul və xidmətlərin maya dəyəri artır və rəqabət qabiliyyəti zəifləyir. Xüsusi zonada qurulmuş kompleks logistik platforma əsasında test-sınaq xidmətləri, keyfiyyət sənədlərinin alınması, müəssisənin idarə olunması və sair xidmətlər paketi KOS-nin fəaliyyətində dönüş yarada biləcək.

Müxtəlif sektorları təmsil edən KOS subyektləri xüsusi zonaların yaratdığı imkanlardan daha yaxşı yararlana bilərlər. Məsələn, kimya sənayesi sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin çox xərc tələb edən kanalizasiyaçirkab suları infrastrukturunun birgə idarə olunmasında iştirakı mümkündür. Eynilə, istehsal ilə məşğul olan təsərrüfat subyektləri daha etibarlı elektrik enerjisi şəbəkəsindən istifadə etməklə, istehsalın səmərəliliyini artıra, laboratoriya və sınaq xidmətlərindən daha asan istifadə edə bilərlər.

Son dövrlər yaradılmış sənaye parkları və məhəllələri klasterləşmə siyasətinin bünövrəsini təşkil edir. Belə ki Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı artıq fəaliyyət göstərir, Mingəçevir və Pirallahı sənaye parklarının təşkili istiqamətində tədbirlər görülür. Eyni zamanda, Neftçala və Masallı sənaye məhəllələrinin yaradılması kiçikorta sahibkarlığın klasterləşməsi baxımından xüsusilə qeyd edilməlidir. Ancaq qurulan sənaye parkları və məhəllələri sahibkarların könüllü klaster formalaşdırmasına əsasən deyil, dövlətin təşəbbüsünə söykənərək yaradılmışdır.

Azərbaycanda mövcud olan sənaye parkları və məhəllələri dövlət tərəfindən dövlət vəsaiti hesabına yaradılmışdır. Gələcəkdə xüsusi iqtisadi zonalar, sənaye parkları və məhəllələrinin infrastrukturunun özəl sektor tərəfindən özəl kapital hesabına yaradılması təşviq ediləcəkdir. Bütün bunlar deməyə əsas verir ki, KOS-yə dövlət qayğısı yüksək səviyyədədir. Onlara yaradılan imkanlar dünyanın ən inkişaf etmiş ölkələrinin tələbləri səviyyəsindədir. Başqa sözlə, Strateji Yol Xəritəsi KOS-nin bütün istiqamətlərdə inkişafına dəstək verir, ixrac qabiliyyətini artırmağa şərait yaradır.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2017.-21 iyun.- S.1; 5.