Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

 

Abdullayev Toğrul Namiq oğlu  - Bakı şəhər LeopoldMstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Əlizadə Mirəli Hüseyn oğlu      - Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

İbrahimova Lalə Azər qızı       - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

Məhəmmədəlizadə Behnam Məhta Səid qızı   - Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Məmmədov Atilla Yasin oğlu   - Bakı şəhər Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi

Orucov Nihad Vüqar oğlu       - Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi

Sədizadə Cəmil Əliağa oğlu    - Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Talıblı Kamran Həsən oğlu     - Bakı şəhər LeopoldMstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Yusifzadə Cavid Azər oğlu     - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.-22 iyun.- S.3.