Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlığının
inkişafı ilə bağlı məsələlər
müzakirə olunub
Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsində iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan ilə Rusiyanın müxtəlif sahələrdə uğurla əməkdaşlığının bundan sonra da inkişafı üçün hər iki tərəfin səylə çalışacağı bildirilib.
Tərəflər
Azərbaycanın və Rusiyanın qanunverici
orqanları arasında əlaqələrin ölkələrimizin
strateji tərəfdaşlıq münasibətləri
zəminində sürətlə inkişaf
etdiyini vurğulayıb, parlamentlərarası
əməkdaşlığın perspektivləri ilə
bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan.-
2017.- 30 iyun.- S.13.