Azərbaycan-Moldova münasibətlərinin inkişafında partiyalararası əlaqələr də mühüm önəm kəsb edir

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müaviniicra katibi Əli Əhmədov iyunun 22-də Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, partiyanın mənzil-qərargahında keçirilən görüşdə Azərbaycan və Moldova arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin mövcud durumuinkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Əli Əhmədov Azərbaycan ilə Moldova arasındakı dostluq əlaqələrinin əhəmiyyətindən bəhs edərək bildirib ki, ortaq iqtisadi maraqlar, hər iki ölkənin GUAM-a üzvlüyü və digər bu kimi amillər əməkdaşlığın inkişafına zəmin yaradır. O, həmçinin Yeni Azərbaycan Partiyası ilə Moldova Respublikası Sosialistlər Partiyası arasındakı əlaqələrin də inkişafının böyük önəm daşıdığını qeyd edərək mövcud səfərin qarşılıqlı əməkdaşlığa təkan verəcəyini vurğulayıb.

Daha sonra Əli Əhmədov YAP haqqında məlumat verərək 700 minə yaxın üzvü olan partiyanın əhali arasında böyük nüfuza malik olduğunu, Azərbaycan xalqının 24 ildir ki, bu partiyanı dəstəklədiyini bildirib. YAP-ın sədr müavini qeyd edib ki, partiyanın dəstək olduğu daxilixarici siyasi kurs ölkəyə iqtisadi dividendlər gətirib, əhalinin rifah halını xeyli yaxşılaşdırıb. Bu illər ərzində Azərbaycanın siması əhəmiyyətli dərəcədə dəyişib, ölkədə beynəlxalq əhəmiyyətli tədbirlər, yarışlar keçirilir. İki gündən sonra baş tutacaq Formula-1 Qran-Prisi buna əyani sübutdur. Ölkədə sabitlik bərpa olunub, bütün sahələr inkişaf edir, əhalinin sayı artaraq 10 milyon nəfərə çatıb.

Əli Əhmədov qeyd edib ki, ölkələrin, xalqların bir-birinə yaxınlaşması üçün partiyalararası əlaqələr mühüm önəm kəsb edir. Bu baxımdan, geniş beynəlxalq əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası Avropa, Asiya, MDB məkanı Cənubi Amerikadakı bir sıra partiyalarla fəal əməkdaşlıq qurub.

Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya Prezident İqor Dodonun rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib. O qeyd edib ki, Bakıda olduğu müddətdə vahid Azərbaycan xalqı ideyasının əyani şahidi olub Moldovanın Azərbaycandan öyrənə biləcəyi müsbət örnəklər çoxdur. Zinaida Qreçanaya da partiyalararası əlaqələrə böyük əhəmiyyət verdiklərini bildirərək Yeni Azərbaycan Partiyası ilə qarşılıqlı səfərlər təmasların müntəzəm xarakter almasında maraqlı olduqlarını söyləyib. O, həmçinin Moldovada çoxlu sayda azərbaycanlının yaşadığını qeyd edərək iki ölkə arasında biznes investisiyaların yatırımı sahəsində əməkdaşlığın genişləndirilməsinə əlverişli imkanların olduğunu vurğulayıb.

Görüşdə Əli Əhmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək, Azərbaycan hökumətinin bir milyondan artıq qaçqın məcburi köçkün soydaşımızın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən bəhs edib. O, həmçinin bənzər münaqişələrlə üzləşən hər iki ölkənin ərazi bütövlüyü prinsipinin müdafiəsi istiqamətində bir-birinə dəstəyinin vacibliyini qeyd edib.

Söhbət zamanı YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov, Moldova Prezidenti Aparatı rəhbərinin müavini Nikolay PosturusuMoldova Prezidentinin şəxsi köməkçisi və mətbuat xidmətinin rəhbəri İon Çebanu da iştirak ediblər.

 

Azərbaycan.- 2017.- 23 iyun.- S.3.