Azərbaycan Qran-prisi unudulmaz anlarla yadda qalacaq

 

Azarkeşlər sürət yarışını izləməklə yanaşı, dünyaca məşhur ifaçıları da canlı dinləyəcəklər

 

Beynəlxalq idman ictimaiyyəti tərəfindən xüsusi maraqla izlənilən “Formula-1” yarışlarını təşkil etməklə sözsüz ki, Azərbaycan dünyaya özünü daha da yaxından tanıtdırır. Ötən il olduğu kimi, bu dəfə insanlar bu yarışı izləmək üçün dünyanın dörd bir tərəfindən paytaxt Bakıya təşrif buyuracaqlar. Eyni zamanda, yarışlar beynəlxalq idman telekanalları vasitəsilə anbaan canlı yayımlanacaq.

Dünyada böyük rəğbətlə qarşılanan “Formula-1” yarışları hər zaman müxtəlif hadisələrlə yadda qalır. Bu kimi irimiqyaslı tədbirlər çərçivəsində təşkil edilən maraqlı konsertlər, yaxud əyləncəli proqramlar da bu baxımdan əhəmiyyətlidir. “Formula-1” Azərbaycan Qran-prisi günlərində azarkeşlər təkcə bolidlərin məharətni izləməyəcəklər, onlar Bakıda müxtəlif əyləncə tədbirlərinə, sərgi konsert proqramlarına şahidlik edəcəklər. Məsələn, ötən Avropa Qran-prisində “Formula 1”in ən möhtəşəm əyləncə tədbirlərindən biri olan “Billionaire Club” Avropa Qran-prisi ərəfəsində Bakıya gələrək yarış həftəsonunun hər üç günü ərzində sürət həvəskarlarına unudulmaz anlar yaşatdı. Tədbirin iştirakçıları arasında məşhur adamları, dünya ulduzları, “Formula-1” pilotları, ən gözəl modellər digər tanınmış şəxslərə rast gəlinirdi. Digər tərəfdən, dünyanın dörd bir yanından seçilmiş cazibədar 20 model - “Billionaire Girls” tədbirin iştirakçısı oldu. Buna görə hesab edilir ki, “Billionaire Club” əyləncə tədbirləri “Formula-1” Avropa Qran-prisinin yarış həftəsonunun əsl bəzəyi olacaqdır.

 

Dünya ulduzları Nikol Şerzinger “The Black Eyed Peas” qrupu Bakıda

 

Ötən Qran-pridə olduğu kimi, bu dəfə dünyanın məşhur ulduzları Bakıya təşrif buyuracaqlar. Onlar iyunun 24-də, şənbə günü axşam saatlarında səhnəyə çıxaraq “Formula-1” azarkeşləri üçün ən çox sevilən mahnılarını səsləndirəcəklər. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, musiqi dünyasının ən məşhur ulduzlarından Nikol Şerzinger “The Black Eyed Peas” qrupu 2017 “Formula-1” Azərbaycan Qran-prisinin keçiriləcəyi yarış həftəsonunda - şənbə günü Bakıda yarışı izləməyə gələnlərə canlı konsert verəcək. İyunun 24-ü axşam saatlarında Dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnəyə əvvəlcə Nikol Şerzinger, onun ardınca isə “The Black Eyed Peas” qrupunun üzvləri çıxacaqlar. Ulduzlar yarışı izləməyə gələn “Formula-1” azarkeşləri üçün gözəl musiqi nümunələri səsləndirərək Bakıya toplaşmış avtoidman həvəskarlarına əyləncə ilə dolu unudulmaz gecə yaşadacaqlar.

Sıralanma turundan sonra Bakıda səhnəyə çıxacaq Nikol Şerzinger dünyada ən çox sevilən müğənnilərdəndir. “Pussycat Dolls” qrupunun solisti olan zamandan bu qrupun “Grammy” musiqi mükafatına namizədliyi irəli sürülmüşdü. Bu dövr ərzində Nikol 16 milyonu solo ifaçısı kimi olmaqla ümumilikdə 37 milyon sinql satışı ilə dünyada rekord göstəriciyə yiyələnmişdi. “Pussycat Dolls” qrupu isə ümumilikdə 57 milyon albom sataraq bu göstərici ilə dünyanın ən qabaqcıl musiqi qruplarından birinə çevrilmişdi.

Müğənni Şerzinger ötən ilin yayında çəkilişi baş tutan “Dirty Dancing” musiqili filminin yeni versiyasında “Penny” rolunda çıxış edib bu filmin yaxın zamanlarda ABC telekanalında yayımlanacağı gözlənilir. Son zamanlar Şerzingerin ən böyük uğurlarından biri onunLorens Olivier” mükafatına yiyələnməsidir. O, buna Endryu Loyd Veberin “Cats” (“Pişiklər”) musiqili əsərində ilk dəfə canlandırdığıGrizabellaobrazındakı çıxışına görə layiq görülüb. Bundan başqa, Nikol Şerzinger əyləncə sektorundan kənarda UNICEF-in səfiri Xüsusi Olimpiadaların beynəlxalq səfiri kimi fəaliyyət göstərməkdədir.

 

Superstar Meraya Keri “Formula-1” izləyicilərini sevindirəcək

 

Bakıda şənbə gecəsi Nikol Şerzingerdən sonra səhnəyə mahnıları ən çox satılan, dünyaca ən məşhur ən yenilikçi qruplardan biri olan “The Black Eyed Peas” qrupu çıxacaq canlı konsert proqramı ilə musiqili gecəyə yekun vuracaq. Çox dinlənən bir ya iki mahnıya sahib olmaq davamlı dəyişən musiqi sektorunda uğurlu karyera üçün əsas sayıla bilər. Lakin bu baxımdan “The Black Eyed Peas” qrupu istisna təşkil edir. Bu qrupda yer alan ulduzlar özlərini ABŞ-ın “West Coast” tərəfində ən çox sevilən rep nümayəndələrindən dünyanın dörd bir yanından mahnıları eşidilən beynəlxalq miqyaslı müğənnilərə çevirə biliblər. Onların uğur yolu belə olub: hər dəfə əvvəlkindən daha innovativ albom ərsəyə gətiriblər nəticədə sonradan çıxarılan albomlar öncəkilərdən daha çox yayılıb.

Superstar Meraya Keri “Formula-1” Azərbaycan Qran-prisinin sonuncu günü Bakıda konsert verəcək. Musiqi dünyasının əfsanəvi ulduzu iyunun 25-də “Formula- 1” yarışı başa çatdıqdan sonra axşam saatlarında səhnəyə çıxacaq. Mahnı satışına görə dünyada qadın müğənnilər arasında rekord göstəriciyə sahib olan Meraya Keri Bakıya toplaşmış avtoidman həvəskarlarına 2017 “Formula-1” Azərbaycan Qran-prisinin podium mərasimindən sonra Dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə ən çox sevilən ifalarını səsləndirəcək. Sahib olduğu beş oktav səs gücü peşəkar yanaşması ilə Meraya Keri müasir pop müsiqisinə yeni çalarlar gətirib. İfaçı, mahnı sözlərinin yazıçısı prodüser kimi çox sayda mükafata, o cümlədən dəfələrlə “Grammy” mükafatına, 21 dəfə Amerika Musiqi Mükafatına, “Billboard”ın “Son Onilliyin Ən Yaxşı Müğənnisimakafatına, “Minilliyin Ən Çox Mahnı Satan Qadın Müğənnisiünvanını əldə etdiyinə görə Ümumdünya Musiqi Mükafatına mahnı sözlərinin yazılmasında göstərdiyi yüksək peşəkarlığa görəBMI”nınİkonaMükafatına layiq görülüb.

 

Tarkan “Formula-1” azarkeşlərinə unudulmaz gecə yaşatdı

 

“Formula-1” Azərbaycan Qran-prisinin daha bir qonağı türkiyəli məşhur müğənni Tarkan isə azarkeşlərinə unudulmaz anlar yaşadıb. O, iyunun 23-ü - cümə günü axşam saatlarında Dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə “Formula-1” həvəskarları üçün ən məşhur ifalarını səsləndirib. Almaniyada doğulub, Türkiyədə böyüyüb boya-başa çatan müğənninin albom mahnıları indiyədək 29 milyondan çox satış edib. 20 ildən çox müğənnilik karyerasına sahib olan Tarkan ingilis dilində ifa etdiyi mahnılarından sonra dünyada daha da məşhurlaşıb. Türk musiqisinin tarixi köklərinə dayanan Tarkanın mahnıları sahib olduğu xüsusiyyət baxımından geniş ərazini əhatə edir. Onun repertuarında Yaxın Şərqin zaman keçdikcə canlı qalan valehedici musiqisi ilə müasir dövrün ən çox sevilən Qərb ifa növlərindən, o cümlədən rok, pop oyun havalarından ibarət mahnılar yer alır. Fərqli janrda olan musiqiləri özünəməxsus tərzdə ifa edən Tarkanın mahnılarının vazkeçilməz ünsürü güclü ritmdir. Bu gün Avropadan Asiyaya, oradan da Avstraliya Latın Amerikasına qədər müxtəlif millətləri mədəniyyətləri təmsil edən milyonlarca azarkeş onun ifalarını sevərək dinləyir. Tarkanı sevən bütün “Formula-1” həvəskarları Azərbaycan Qran-prisinin keçiriləcəyi yarış həftəsonuna onun enerjili coşqulu ifaları ilə start verməyi səbirsizliklə gözləyirdilər.

BŞH-nin icraçı direktoru Arif Rəhimov sözügedən məşhur qrupların və müğənnilərin Bakıya gəlişini belə qiymətləndirib: “Musiqi dünyasının ən çox tanınan ulduzlarının Bakıya konsert proqramı üçün gəlişi bizi yüksək həddə sevindirir və qürurlandırır. “The Black Eyed Peasqrupunun hər bir üzvüNikol Şerzinger, Tarkan özlərini təsdiqləmiş dünya ulduzlarıdır və onlar bir müğənnidən gözlənilənləri tam şəkildə gerçəkləşdirən ali dərəcəli musiqişünaslardır. Musiqi ilə “Formula-1” hər zaman bir arada olmaqla yanaşı, öz yaradıcı sərhədlərini aşmağa çalışır. Ulduzların adlarının elan olunması bu baxımdan sözügedən möhtəşəm ənənəni davam etdirir”.

Konsert proqramlarında yalnız yarışa bileti alanlar iştirak edə biləcəklər. Dördgünlük bileti olan hər kəs cümə axşamı günü - iyunun 22-də Pit Yolunda gəzintiyə çıxmaqla yanaşı, “Formula-1” şəhərciyində keçiriləcək pilotların avtoqraf sessiyalarına qatılmaq və Bakının möhtəşəm mənzərəyə sahib Dənizkənarı bulvar ərazisində salınan əyləncə mərkəzindəki bütün proqramlarda iştirak etmək imkanına sahib olacaqlar.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.- 24 iyun.- S. 11.