Mədəniyyət haqqında Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Mədəniyyət haqqında Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, 2, maddə 122; 2016, 5, maddə 865, 11, maddə 1811) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-ci bənddə 32.2-ci, sözlərindən sonra 33.3-cü maddəsinin birinciikinci (qoruqların sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi üzrə) cümlələrində, sözləri əlavə edilsin.

1.2. 2.3-cü bənddə 25.3-cü maddəsində sözlərindən sonra , 33.3-cü maddəsinin ikinci cümləsində (İçərişəhər Dövlət Tarix-Memarlıq və Qala Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, mədəni irs abidələrinin mühafizə zonalarının müəyyən edilməsi üzrə), 40.3-cü maddəsində (İçərişəhər Dövlət Tarix-Memarlıq və Qala Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, mədəni irs abidələrinin mühafizə zonalarının müəyyən edilməsi üzrə) sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.-24 iyun.- S.5.