Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 2, maddə 56; 2005, ¹ 4, maddə   273; 2006, ¹ 2, maddə 73; 2007, ¹ 6, maddə 562; 2013, ¹ 3, maddə 210; 2014, ¹ 6, maddə 602; 2016, ¹ 6, maddə 994) aşağıdakı məzmunda 19-cu maddə əlavə edilsin:

 “19. Gözün buynuz qişası.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2017-ci il

 

Azərbaycan.- 2017.-24 iyun.- S.5.