Bakı “Formula-1”in ən mükəmməl təşkilatçılıq modelini yaradır

 

Bakıda sürət, adrenalin həyəcan yarışı olan “Formula-1” üzrə dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-prisi başlayıb. Paytaxtımızda on minlərlə tamaşaçı bu yarışların keçiriləcəyi günü səbirsizliklə gözləyirdi.

“Formula 1”in ötən mövsümdəki birinci Bakı mərhələsi göstərdi ki, bu yarışlara təkcə dünyada deyil, Azərbaycanda da böyük maraq yaranıb. Həmin vaxt yalnız bolidlərin şütüdüyü Bakı şəhər trekində deyil, bütün tamaşaçı tribunalarında izləyicilər üçün hər cür şərait yaradılmışdı.

Dünyanın ən nüfuzlu idman turnirlərindən olan “Formula-1” eyni zamanda, televiziya vasitəsilə ən çox izlənilən yarışlardandır. Bu yarışlar tamaşaçı auditoriyasına görə, Olimpiya Oyunlarından futbol üzrə dünya çempionatlarından sonra üçüncü yeri tutur. Təkcə bunu demək kifayətdir ki, Bakıda keçirilən “Formula-1” Avropa Qran-prisi yarışlarının yüksək səviyyədə keçirildiyini dünyanın 187 ölkəsindən 500 milyondan çox azarkeş televiziya vasitəsilə izləyib. Bu il yarışların uğurla keçəcəyi şübhəsizdir. Çünki Bakı Şəhər Halqasında hər şey xırdalığına qədər hesablanıb burada ən müasir texniki vasitələrdən istifadə edilib. Bakı Şəhər Halqasında təkcə “Formula-1” iştirakçılarının deyil, tamaşaçıların da təhlükəsizliyi nəzərə alınıb.

Təbii ki, hər bir idman növünün öz auditoriyası olur. Azərbaycanda bu oyunlara olan maraq nəzərə alınaraq Bakı Şəhər Halqasında 30 minə yaxın tamaşaçının yarışı canlı təhlükəsiz izləməsinə imkan yaradılıb. Bunun üçün ötən il olduğu kimi, bu il Bakı Şəhər Halqasının müxtəlif yerlərində tamaşaçı tribunaları quraşdırılıb. Bu tribunalar elə yüksək keyfiyyətlə hazırlanıb ki, daimi istifadədə olsa belə, dağılıb sıradan çıxmaz.

Bu gün Azərbaycan Qran-prisinin son yarış günüdür. Marşrut üzrə bütün tribunalarda son vəziyyətlə növbəti dəfə tanış olaq. Tribunalarda hər bir oturacaq açılıb-yığıldığı üçün insanlar rahat maneəsiz hərəkət edə bilirlər. Tamaşaçılar yarışı daha müfəssəl izləsin deyə hər bir tribunanın qarşısında böyükölçülü monitorlar quraşdırılıb.

Sözügedən tribunalar yarış məkanının müxtəlif strateji məkanlarında yerləşdirilib azarkeşlərə həm şəhərin füsunkar mənzərəsini, həm nəfəsçəkən yarış anlarını yaxından izləməyə şərait yaradır. Bu tribunalara bilet alanlar yarışı şəhərin tarixi ruhu, onun keçmişdən günümüzədək gəlib çatan irsi Xəzərin təravətləndirici mehi fonunda izləyə bilirlər.

Trekdə tribunalardan əlavə, “ayaqüstü zonalarda var. Yarışı müxtəlif nöqtələrdən izləmək istəyən tamaşaçılar üçün ümumi giriş bileti yaradılıb. Bu bilet tamaşaçılara yarışı trek boyunca müxtəlif yerlərdə izləmək fürsəti verir. Azarkeşlər yarışa trekin fərqli hissələrində yerləşən tamaşaçı podiumlarından ya çəmənliklərdə salınmış izləmək yerlərindən tamaşa edə bilirlər.

Ümumilikdə isə Bakı Şəhər Halqasında 9 yerdə tribuna quraşdırılıb. Hər bir tribuna barədə növbəti dəfə qısa məlumat verək:

Abşeron - əsas tribuna

Abşeron tribunası yarışı dəqiq yaxından izləyə bilmək baxımından ən üstün mövqedə yerləşib. Komandaların avtoqarajları ilə üzbəüz yerləşən Abşeron tribunasına bilet alanlar yarışın yüksək adrenalin dolu başlanğıcına şahid olmaq həyəcanverici pit-stop əməliyyatlarını izləmək üçün ən yaxşı mövqeyə sahibdirlər. Bu tribunada olan yarış həvəskarları pit yolu, start düzülüşü finiş xəttini yaxından izləyə bilirlər. Bu tribuna ən böyük olmaqla 5 sektordan ibarətdir.

Xəzər tribunası

Muzey Mərkəzinin qarşısında Bulvar tribunası ilə üzbəüz yerləşən Xəzər tribunasından bolidlərin START/FİNİŞ xəttinə doğru saatda 300 km-i aşan sürətlə hərəkətini yaxından müşahidə etmək mümkündür.

Bulvar tribunası

Dənizkənarı Milli Parkın Muzey Mərkəzi Xəzər tribunası ilə üzbəüz hissəsində yerləşən Bulvar tribunasında da bolidlərin START/FİNİŞ xəttinə doğru saatda 300 km-i aşan sürətlə hərəkətini izləmək imkanı var.

Sahil tribunası

Bulvar boyunca davam edən sürət xətti üzərində 20-ci döngədə yerləşən Sahil tribunasında tamaşaçılar yolun iki müxtəlif hissəsini eyni anda izləmək imkanına malikdirlər. Trekin bu tribunadan görünən hissəsində bolidlər həm soldan sağa doğru START/FİNİŞ istiqamətində tam sürətlə, həm trekin digər tərəfində 5-ci 6-cı döngələri asan keçmək üçün aşağı sürətlə hərəkət edirlər. Bu da, öz növbəsində, tamaşaçılara avtomobil sürücüləri yaxından izləmək üstünlüyü verir.

Muğam tribunası

Dənizkənarı Milli Parkda, Kukla Teatrının qarşısındakı Muğam tribunasından insanlar yolun çarpaz hissəsində görüşən bolidləri eyni anda müşahidə edə bilirlər. Trekin Muğam tribunasının düz qarşısında yerləşən hissədə bolidlər həm soldan sağa doğru START/FİNİŞ istiqamətində, həm buna əks istiqamətdə, sağdan sola doğru 7-ci döngəyə tərəf, İçərişəhərə dönənədək tam sürətlə hərəkət edir.

İçərişəhər tribunası

Qala qapılarının yanında yerləşən İçərişəhər tribunası yarışı izləməklə yanaşı, qədim şəhərin gözəlliklərinə tamaşa etmək baxımından unikal mövqeyə malikdir. Bu tribunada tamaşaçılar yarışı trekin İçərişəhər divarları boyu uzanan yoxuş yolunun ən hündür nöqtəsindən izləyir.

Qız qalası tribunası

Qız qalası ilə üzbəüz yerləşən bu tribunada UNESCO-nun mədəni irsinə daxil edilmiş bu tarixi abidənin nadir mənzərəsi fonunda “F1” bolidlərinin yürüşünü seyr etmək imkanı yaranacaq. Bu tribunada olan yarış həvəskarları bolidlərin buradan 18-ci döngəyə tərəf son sürətlə hərəkətini onların Qız qalasının tam qarşısından keçməklə sürət zolağı boyunca davam edəcək gərgin mübarizəsini izləyə bilirlər.

Azneft tribunası

Azneft tribunası Azneft dairəsi ətrafında yarışı yaxından izləməyə imkan verən strateji mövqedə yerləşir. Buraya bilet alan tamaşaçılar Dənizkənarı parkın Bakı tennis Yaxt kluba yaxın olan hissəsində qərarlaşmış nəfəsçəkici 16-cı döngəni ən yaxşı yerdən müşahidə etmək imkanına malikdirlər. Trekin eniş hissəsinin düz qurtaracağında yerləşən Azneft tribunasında tamaşaçılar bolidlərin 16-cı döngəyə qədər amansız rəqabətini, kəskin dönüşlərini döngənin ardınca sahil boyu uzanan sürət zolağında ötüşməsini əvəzolunmaz mövqedə izləyirlər. Tribuna aşağı yuxarı hissələrdən ibarətdir.

Filarmoniya tribunası

Filarmoniya tribunasında tamaşaçılar Filarmoniya bağının qarşısında, trekdəki kəskin enişin 16-cı döngəyə keçdiyi hissədə davam edən gərgin mübarizəni izləmək imkanına sahibdirlər.

Xatırladaq ki, “Formula-1” Azərbaycan Qran-prisində tamaşaçıların trekə, Dənizkənarı Milli Parkda yerləşəcək “F-1 Şəhərciyi”nə bilet aldıqları tribunalara rahatlıqla yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları da artıq açıqlanıb. Yarış günlərində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən, trekin yaxınlığından keçən avtobuslar metronun müəyyən stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək gün ərzində 20 saat xidmət göstərir. Yarış həftəsi ərzində 65, 5 53 nömrəli avtobuslar müvafiq olaraq 5, 3 6 dəqiqəlik intervalla hərəkət edib. Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunayadək piyada hərəkət etməlidirlər. Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı İdman Sarayının qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarışın keçiriləcəyi məkana metro vasitəsilə gəlmək istəyən bilet sahibləri metronun 28 May, Sahil İçərişəhər” metro stansiyalarında düşərək trekə yaxınlaşa bilərlər.

Qeyd edək ki, iyunun 22-si saat 14:00-dan etibarən yalnız bilet sahiblərinin Dənizkənarı Milli Parka çıxışı təmin edilib.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.-25 iyun.- S.1; 5.