Cəlilabad Peşə Liseyində 12 ixtisas üzrə kadrlar hazırlanır

 

Cəlilabad rayonunun Göytəpə kəndində yerləşən peşə liseyi respublikamızda fəaliyyət göstərən ilk belə təhsil ocaqlarındandır. Burada təkcə Cəlilabad üçün deyil, ölkəmizin digər bölgələri, habelə region üçün peşəkar kadrlar hazırlanır. Bu məktəbi bitirən yüzlərlə məzun fədakar əməklərinə görə ad-san qazanmış, dövlət tərəfindən yüksək mükafatlara layiq görülmüşlər.

Bu günlərdə liseyin direktoru Etibar Sadıqovla görüşdük, məktəbin fəaliyyəti ilə tanış olduq. Öyrəndik ki, hazırda burada geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü, meliorasiya işləri maşinisti, kəndlərin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, traktor və avtomobillərin avadanlıqları üzrə elektrik-çilingər, elektrik-qaz qaynaqçısı, kompüter ustası ixtisasları üzrə peşəkarlar hazırlanır. Rayonda pambıq əkilməsini nəzərə alıb bu ildən pambıqçılıq ixtisası üzrə kadr hazırlığına da başlanılmışdır. 2016-2017-ci tədris ili üçün liseyə 220 yeni şagird qəbulu planlaşdırılmış və yerinə yetirilmişdir. Cari tədris ilində şagirdlərin təlim-tərbiyəsi ilə 19 nəfər müəllim, 17 nəfər istehsalat təlimi ustası, 8 nəfər təlimatçı-sürücü məşğul olmuşdur.

Təhsil Nazirliyi ilk peşə təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə liseyə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin verilməsi işini davam etdirmişdir. Bütün bunlar təhsil ocağının maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına, mütəxəssis hazırlığı işində səmərəliliyinin artırılması məqsədinə xidmət edir. Bu məsələ liseyin pedaqoji kollektivinindaim diqqət mərkəzində olmuşdur. Liseydə 10 ümumtəhsil və 12 ixtisas fənn kabineti, habelə avtomobil quruluşu, avtomobillərin istismarı və traktor laboratoriyaları, çilingərlik və qaynaq işləri üzrə emalatxanalar fəaliyyət göstərir. Yeni yaradılmış kənd təsərrüfatı maşınları laboratoriyaları tədris ili ərzində daha da zənginləşdirilmiş, fənn kabinetləri və sinif otaqları tədris plan və proqramlarının müasir tələblərinə uyğun olaraq yenidən qurulmuş, emalatxanalaboratoriya otaqları günün tələblərinə cavab verəcək səviyyədə təchiz olunmuşdur.

Liseydə müasir tələblərə cavab verən yeni informatika kabineti qurulmuşAvropa təhsil sistemi çərçivəsində “Müəllim” şəbəkə proqramı ilə yüklənmiş, 21 ədəd kompüter dəsti quraşdırılmış, onların hər biri internet şəbəkəsinə qoşulmuşdur. Şagirdlər bu kabinetdəki kompüterlərdən istifadə etməklə bilik və bacarıq səviyyələrini genişləndirirlər. 5 sinif otağına elektron proyektorinteraktiv qurğular, digər sinif otaqlarına isə yeni marker lövhələr quraşdırılmış, otaqlar müasir mebel dəstləri ilə təchiz edilmişdir. Fizika kabinetinə yeni laboratoriya dəsti, elektrik qaynağı laboratoriyasına isə yeni qaynaq aparatları gətirilmişdir. Şagirdlər laboratoriyaemalatxanalarda işləmək üçün xüsusi geyim dəstləri ilə təmin edilmişlər. Liseyin mütəxəssisləri tərəfindən avtomobillərin quruluşu, onların istismarı və kənd təsərrüfatı maşınları laboratoriyaları zənginləşdirilmiş, yeniləşdirilmiş texniki təlim vasitələri və texnikalar şagirdlərin istifadəsinə verilmişdir ki, bu da onların əl vərdişlərinin formalaşmasına öz müsbət təsirini göstərməkdədir.

Təlimata uyğun olaraq liseyin həyətyanı sahəsində çox mühüm əhəmiyyət kəsb edən fərdi sürücülük üzrə təlim-məşq meydançası - avtodrom daha da genişləndirilmiş, təlimatın tələblərinə cavab verəcək həddə çatdırılmış, orada olan avadanlıqlar və qurğular rənglənmiş, səliqə-sahman işləri aparılmışdır. Avtomobillər üzrə fərdi sürücülük dərslərini keçmək üçün liseyin yük avtomobilləri təmir olunaraq standartlara cavab verəcək səviyyəyə gətirilmişdir.

2016-cı ildə liseyi müxtəlif ixtisaslar üzrə 216 nəfər şagird bitirmişdir. Onlardan 135 nəfəri hərbi xidmətə çağırılmış, 42 nəfəri isə ixtisaslı kadr kimi müxtəlif idarə və müəssisələrdə, özəl sektorda işləmək üçün göndərilmişdir.

Liseyin müəllimlərindən Mirzəağa Əliyev, İlyas Kərimov, Əli Gözəlov, Rasim İbrahimov, Tofiq Şükürov, ustalardan Həsən Həsənov, İqbal Abdullayev, Fətman Əliyev öz bilik və bacaqıqlarını böyük həvəslə gənclərə öyrədirlər. Bu il Təhsil Nazirliyi ilə BMT-nin UNDP layihəsi çərçivəsində Cəlilabadın əmək bazarının tələbləri öyrənilmiş, ilk peşə ixtisası təhsilinin inkişafına dəstək proqramının hazırlanmasına start verilmişdir ki, bu da müasir tələblərə cavab verə bilən ixtisaslı kardların hazırlığının yeni mərhələsindən xəbər verir.

Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında hər gün keçirilən səhər toplantısının mühüm əhəmiyyəti var. Hər səhər liseydə şagird və müəllimlər tərəfindən dövlət himninin oxunması artıq ənənə şəklini almışdır. Məktəbdə Ümumdünya Mülki Müdafiə Günlərinə həsr olunmuş təlimlər, DİN yanında İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və QHT tərəfindən “İnsan alverinin mahiyyəti və formaları” mövzusunda mühazirələr və toplantılar keçirilmişdir. Eləcə də liseydə 20 Yanvara, 26 fevral - Xocalı soyqırımına həsr edilmiş tədbirlərin keçirilməsi şagirdlərin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik tərbiyəsinə öz töhfəsini vermişdir. Burada gənclərin fiziki tərbiyəsinə də böyük diqqət yetirilir. Liseydə 1 idman zalı, gimnastika şəhərciyi, basketbolfutbol meydançaları var. Bu il daxili imkanlar hesabına əsas korpusda bir sahədə müasir tələblərə cavab verən trenajor zalı yaradılıb. Orada 3 ədəd müxtəlif trenajor qurğusu, 1 ədəd qaçış və velotrenajor, 2 ədəd paralel qollar, turnik və digər avadanlıqlar quraşdırılmışdır. Liseydə badminton meydançası da yaradılmışdır. Bu meydançaidman qurğuları şagirdlərin boş vaxtlarının səmərəli keçirmələrinə şərait yaratmaqla bərabər, həm də onların sevimli guşələrinə çevrilmişdir. Cari ildə də il boyu idmanın müxtəlif növləri üzrə liseydə yarışlar olmuş, qaliblər keçici kubok ilə mükafatlandırılmışdır.

Təhsil ocağında çalışan mühəndis-pedaqoji işçilərin mütərəqqi texnologiyalaramüasir təhsil üsullarına yiyələnmələrinə nail olmaq məqsədilə müəllim və ustalar qrafikə əsasən ixtisasartırma kurslarında iştirak edirlər. Son zamanlar təlim-tərbiyə prosesinin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə liseyin elmi-metodikinformasiya təminatı yaxşılaşdırılmış, müasir texnikatexnologiyalara dair dərs vəsaitləri, müxtəlif növ plakat və əyani vasitələr alınmış və texniki fənlər üzrə bir neçə dərsin disklərə köçürülmüş elektron versiyaları əldə olunaraq şagirdlərin istifadəsinə verilmişdir.

Bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, liseyə şagird qəbulu ilbəil çoxaldığından mövcud tədris korpusu bu tələbatı ödəyə bilmir. Hal-hazırda 12 sinif otağı və fənn kabinetləri yataqxana binasının I və II mərtəbəsində yerləşdirilmişdir. Bu da müasir tələblərə uyğun gəlmir.

Liseyin həyətində abadlıq, səliqə-sahman işlərinin aparılması daim nəzarətdə saxlanılır. “Yaz həyəti” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilmiş, liseyin həyətində 300-dən yuxarı müxtəlif növ ağac əkilmiş, geniş yaşıllaşdırma işləri görülmüşdür.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2017.-25 iyun.- S.11.