Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:

 

polis polkovniki  Arzu Arif oğlu Daşdəmirova

polis polkovniki  Emil Ramil oğlu Usubova

polis polkovniki  Oqtay Əsgər oğlu Kərimova

polis polkovniki  Səfər Hüseyn oğlu Əliyevə.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.-30 iyun.- S.5.