Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanını “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 516-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 716; 2009, ¹ 2, maddə 67; 2014, ¹ 9, maddə 1027; 2015, ¹ 2, maddə 129;  2017, ¹ 3, maddələr 338, 353; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 2875 nömrəli Sərəncamı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənddə “43.1-ci maddəsində” sözləri  “42.1-1-ci və 43.1-ci maddələrində” sözləri ilə əvəz edilsin.

2. 2.6-cı bəndə “7.4-cü maddəsinin” sözlərindən əvvəl  “6.7-ci, 6.8-ci və 6.9-cu maddələrində,” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.-30 iyun.- S.9.