Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Melania mən Amerika xalqı adından Sizə Azərbaycan xalqına Ramazan bayramı münasibətilə səmimi təbriklərimizi çatdırırıq. Amerika Birləşmiş Ştatlarındakı müsəlmanlar bütün dünya müsəlmanları kimi müqəddəs Ramazan ayında dürüstlük xeyirxahlıq əməllərinə önəm verirlər. Burada, Amerika Birləşmiş Ştatlarında müsəlmanlar Ramazan bayramını ailələri dostları ilə birlikdə qeyd edir, qonşulara yardım etmək cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmək ənənəsini davam etdirirlər.

Bu bayramı birlikdə qeyd etməyimiz bizə bir daha mərhəmət, şəfqət xoş niyyətin vacibliyini xatırladır. Bu bayram münasibətilə Amerika Birləşmiş Ştatları həmin dəyərlərə Azərbaycan ilə birgə sadiqliyini bir daha vurğulayır.

Bir daha Sizin Azərbaycan xalqının mübarək bayramını təbrik edirəm.

Ramazan bayramınız mübarək olsun.

Səmimiyyətlə,

 

Donald Tramp

Amerika Birləşmiş Ştatlarının Prezidenti

 

Azərbaycan.- 2017.- 30 iyun.- S.5