Şəki daha bir festivala evsahibliyi etdi

 

VIII “İpək yoluBeynəlxalq Musiqi Festivalı həm yerli sakinlərdə, həm qonaqlarda xoş ovqat yaratdı

 

Artıq festivallar şəhəri kimi tanınan qədim Şəki son illər bir çox beynəlxalq tədbirlərə evsahibliyi edib. Dünyanın fərqli ölkə qitələrini təmsil edən ayrı-ayrı sənət sahiblərinin qatıldıqları tədbirlər istər şəkililərdə, istərsə qonaqlarda xoş ovqat yaradır. Hazırda Şəkidə növbəti musiqi bayramı keçirilir. Bu festival artıq ənənəvi hal alıb. Festival çərçivəsində konsertlər memarlıq abidələrinin önündə təşkil edilir. Bununla da Şəkinin tarixi, memarlığı, folkloru geniş şəkildə təbliğ edilir.

Şəki Xan Sarayı da daxil olmaqla UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmək üçün təqdim olunan 84 tarixi abidə var. Həmçinin Şəki əsrlər boyu ipəyin vətəni sayılıb bu gün burada ipək istehsal olunur.

Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan Şəkiİpək yolu” VIII Beynəlxalq Musiqi Festivalında Azərbaycanın tanınmış musiqi kollektivləri ilə yanaşı, Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran Gürcüstandan gəlmiş rəqs musiqi qrupları, ifaçılar çıxış edirlər.

İyunun 27-də axşam saatlarındaMarxalmüalicə-istirahət kompleksinin Yay Teatrında festivalın təntənəli açılış mərasimi keçirilib. Mərasimdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak ediblər.

Tədbirin bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh Naminə artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl ənənəyə çevrilən artıq səkkizinci dəfədir keçirilən Şəkiİpək yoluBeynəlxalq Musiqi Festivalının bu dəfə şəkililərə qonaqlara unudulmaz anlar yaşadacağını söyləyib. O bildirib ki, 2017-ci ilin Prezident İlham Əliyev tərəfindənİslam həmrəyliyi ilielan edilməsi ilə əlaqədar hazırkı festivalda müsəlman ölkələrindən olan iştirakçılara üstünlük verilib. Firəngiz Əlizadə festivalın proqramında Azərbaycan musiqi mədəniyyətinin geniş təmsil olunduğunu bildirib: “İnanırıq ki, musiqi, dostluq həmrəylik bayramına çevriləcək, Şəkiİpək yolu” VIII Beynəlxalq Festivalı yenə insanların qəlbində gözəl duyğular, silinməz izlər buraxacaq”.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin beynəlxalq festivalların təşkili üçün gözəl məkan olduğunu, onun artıqfestivallar şəhərikimi tanındığını vurğulayıb. Qeyd edib ki, hər il bu şəhərdə keçirilən beynəlxalq festivallarda dünyanın bir çox  ölkələrindən gəlmiş musiqi kollektivləri, sənətçilər iştirak edir. İpək yoluBeynəlxalq Musiqi Festivalı isə Şəkinin mədəni həyatında mühüm hadisədir.

Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğinə daim yüksək diqqət qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Qeyd edək ki, 2016-cı ildə Şəkinin TÜRKSOY tərəfindənTürk dünyasının mədəniyyət paytaxtıelan olunması paytaxt iliçərçivəsində keçirilən Şəkiİpək yolu” VII Beynəlxalq Musiqi Festivalı Şəki şəhərinin, eyni zamanda nadir Azərbaycan mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynayıb.

Şəkinin mədəni inkişafının sürətləndirilməsinə göstərdiyi böyük dəstəyə, şəhərin zəngin mədəni irsinin dünya səviyyəsində tanıdılması təbliği sahəsində xidmətlərinə görə Firəngiz ƏlizadəŞəkinin fəxri vətəndaşıadına layiq görülüb.

Rəsmi hissədən sonra musiqisevərlərə festivalın ilk konserti əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin müəllif gecəsi təqdim olunub.

Xalq artisti Ənvər Sadıqov (qarmon), əməkdar artistlər İlqar Muradov, Elnur Əhmədov (kamança), Aygün Bəylər, Nurlan Növrəsli, müğənnilər Leyla İdrisova, Vüsal Hacıyev başqaları bəstəkarın əsərlərini səsləndiriblər. Onları xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.

Uğurla başa çatan konsertin sonunda Aygün Səmədzadəyə orkestrin bədii rəhbəri Teymur Göyçayevə xatirə hədiyyəsi - festivalın simvolu təqdim olunub.

Festival çərçivəsində iyunun 28-də günorta saatlarında Yay Teatrında YaponiyanınVa-Liqamusiqi qrupunun, axşam isə Şəki Xan Sarayının həyətində Ania Broda (Polşa) GuessousMesi Trio” qrupunun (Macarıstan) konserti təşkil olunub.

Həmçinin Şəki Musiqi Kollecində Cövdət Hacıyevin 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Axşam saatlarında Marxal yay teatrında isə Təbriz rəqs qrupunun konserti olub.

Ardınca Şəki Xan Sarayında Türkiyə qrupunun, Yuxarı Karvansarada isə Gürcüstan uşaq mahnı rəqs ansamblının konsertləri reallaşdırılacaq.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2017.- 30 iyun.- S.16.